GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » "Sevin ki, generalın əlinə düşməmisən"- 3,4 milyon Bakıdan necə çıxarılıb?

"Sevin ki, generalın əlinə düşməmisən"- 3,4 milyon Bakıdan necə çıxarılıb?

Tarix: 27-10-2017, 13:50 Bölmə :Kirminal Baxış: 394
"Sevin ki, generalın əlinə düşməmisən"- 3,4 milyon Bakıdan necə çıxarılıb?


3,4 milyon dollarlıq dələduzluqla təqsirləndirilən şəxsin atasının məhkəməsi keçirilib.

Bakı sakininin 3,4 milyon ABŞ dollarının dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayevin atası Çingiz Abdullayev növbəti dəfə hakim qarşısına çıxarılıb.

Hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən Ç.Abdullayev özünü təqsirli bilmədiyini deyib.

Məhkəmədə ilk olaraq zərərçəkmiş şəxs qismində Tofiq Zülfüqarov ifadə verib.

O, təqsirləndirilən şəxsi tanımadığını, onunla sadəcə telefon əlaqəsinin olduğunu deyib.

Zərərçəkmiş deyib ki, Çingiz Abdullayevin oğlu Loğman Abdullayev onu aldadıb:

"Çingizin bu işdə əlinin olub-olmadığını bilmirəm. Onu deyə bilərim ki, oğlu mənim pullarımı ölkədən çıxarıb. Qazaxıstanda mənim pullarımdan əmlak əldə edilib. Loğman Abdullayev ələ keçirdiyi 3.4 milyon manatdan yalnız 1.6 milyon manatı geri qaytarıb. Qalan pullarının geri qaytarılmasını tələb edirəm".

Zərərçəkmiş şəxs necə qaçırılması və pullarının ələ keçirilməsi haqda da danışıb.

O deyib ki, hadisə günü maşınının qarşısı kəsilib:

"Evimin qabağında maşınımı saxlatdırdılar. Loğman cibindən vəsiqə çıxardı. Öznü MTN əməkdaşı kimi təqdim etdi. Sonra məni maşına qoyub apardılar. Maşında Emin və Pərviz var idi. Həzi Aslanova gəldik və mənə dedilər ki, "sənin evində əmanət var, Avropa Oyunları qabağı terrrorla bağlı bizdə məlumat daxil olub". Sonra mənim yaşadığım mənzilə daxil olduq. Seyfdən pulları çıxartdım. Həmin pullardan 100 min dolları özümə götürdüm. Digər 3.4 milyon dolları Loğmana verdim. Sonra məni özləri ilə apardılar. Ondan soruşdum ki, "Loğman, sən kimsən"? O, MTN kapitanı olduğunu dedi və bildirdi ki, "sevin ki, generalın əlinə düşməmisən". Mənim işimi həll edəcəklərini söylədilər".

Prokuror Samir Abdinov zərərçəkmişə sual verib: "Sənin nə səhv işin var idi ki, ondan qorxurdun".

T.Zülfüqarov isə heç bir səhv işinin olmadığını, həmin zaman MTN əməkdaşları bir neçə şəxsi tutduğu üçün qorxduğunu deyib:

"Buna görə onlarla razılaşdım. Məni dörd gün evdə saxladılar. Yemək-içmək verdilər. Sonra Loğman mənə dedi ki, "sənin işin araşdırılır, lakin indi səni xaricə göndərəcəyik". Biletimi alıb xaricə getdim"".

Qeyd edək ki, Ç.Abdullayevə 5 maddə üzrə ittiham irəli sürülüb. Ona oğlu Loğman Abdullayevin cinayət işi ilə əlaqədar olaraq cinayət işi açılıb. Çingiz Abdullayev Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə), 170.3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilinir.

Bildirək ki, Ç.Abdullayev səhhəti ilə bağlı ölkə xaricində olduğu üçün onun barəsində axtarış elan edilmişdi.

Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2015-ci ildə baş verib. Bakı şəhər sakini Tofiq Nadir oğlu Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək, bir qrup şəxsin ona məxsus 3 milyon 400 min dollarını dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Həyata keçirilən tədbirləri nəticəsində Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Nurlan Bayramov, Gəray Abdullayev və Tural Qasımov saxlanılıb.

Həmin şəxslərə də yuxarıda qeyd edilən maddələrlə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamila Nəsrullayevin sədrliyi ilə keçirilən iclasda həmin şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə L.Abdullayev və N.Bayramovun hər biri 18 il, P.Rzayev və E.Qasımovun hər biri isə 16 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ev dustaqlığında olan təqsirləndirilən R.Hacıyevə 5 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib. F.Tağıyevə isə 3 min manat cərimə təyin edilib və barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. Digər təqsirləndirilən G.Abdulov 2 min manat cərimə olunub, T.Babazadə barəsində isə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Tofiq Zülfüqarov Çingiz Abdullayevlə bağlı İFADƏ VERDİ: 4 milyonluq cinayətin MƏHKƏMƏSİ

    ​Tofiq Zülfüqarov Çingiz Abdullayevlə bağlı İFADƏ ...

    27-10-2017, 13:10

  • 
  • Həbsxanada uşaq doğan qadın yenə hakim qarşısına çıxarılıb

    Həbsxanada uşaq doğan qadın yenə hakim qarşısına ...

    4-09-2017, 12:53

  • 
  • Vəzifəli şəxslərin məhkəməsi başladı - yenə tikinti fırıldağı

    Vəzifəli şəxslərin məhkəməsi başladı - yenə ...

    26-10-2017, 12:37

  • 
  • Məhbusları İrana ekstradisiya edib 1 milyon qazanmaq istəyənlər kimdir?

    Məhbusları İrana ekstradisiya edib 1 milyon ...

    6-07-2017, 12:28

  • 
  • "AMAY Abdulla" kassasiya şikayəti verdi

    "AMAY Abdulla" kassasiya şikayəti verdi ...

    18-05-2016, 19:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu