Tanınmış ictimai xadim, yazıçı Zümrüd Yağmur feysbuk səhifəsində hədələndiyi və izlənildiyi, hətta naməlum şəxslərin onun yaşadığı evin həyətinə qədər gəlib çıxdığı haqda narahatlıq doğuran məlumat paylaşıb. Z.Yağmurun yazdığını təqdim edirik:
Açığını deyim, bu barədə yazıb yazmamağı xeyli düşündüm. Adətən bu və ya digər hallar olanda susmağa üstünlük verdiyimdən bu dəfə də eyni şəkildə susmaq istədim. Sonra düşündüm ki, artıq gecə yarı yaşadığım evin həyətinə qədər gəlib çıxırlarsa, susmamağın vaxtıdır. Çünki daha bir az çox oldu… “Nardaran işi” məhkəmələri gedəndə idarə etdiyim maşının şüşəsinə hədə dolu məktub qoyulmuşdu, boş verdim. Prezidentə müraciət etdim, ondan sonra hədələr və təhqirlər yağmağa başladı. Bunu da keçdim. İzləndiyim oldu, buna da kinayə ilə yanaşdım doğrusu… Amma keçən gecə həyətə girib bunu da açıq- aşkar hiss etdirməyə çalışan, danışıb o tərəf, bu tərəfə var-gəl edib sonra da həyətdə qoyulmuş verdəni vurub aşırmaqla nə demək istəyirsiniz, bunu bir az anlayışla qarşılaya bilməyəcəm, qüsura baxmayın. Bəlkə də oğrulardı, onu da bilmirəm. Amma oğrular idisə, niyə bərkdən danışıb arxayınlıqla həyətdə gəzinirdilər, yoxsa oğurluq yadlarından çıxmışdı, həyət xoşlarına gəldiyindən var-gəl edirdilər?! )) Oğru idilərsə, vallah daha zəhmət çəkib gəlməsinlər, oğurlanacaq bir şey yoxdu. Yox, əgər məni qorxutmağa gəlmişdinizsə, vallah, buna da ehtiyac yoxdu. Tam səmimi deyirəm, qorxmuram. Çünki dünyanın faniliyini qəbul edəli çox oldu.
Zümrüd Yağmur vicdan məhbusu Fuad Qəhrəmanlının həyat yoldaşıdı və siyasi məhbus ailələrinin koordinasiyası, onların hqüuülarının müdafiəsi istiqamətində də fəal iş aparır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?