Öldürülmüş "qanuni oğru" Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev indiyə qədər İstanbulda həbs altındadır.
gundemxeber.az Virtualaz.org-a istinadla bildirir ki, onun azad olunması və tezliklə Azərbaycana deportasiya olunacağı haqda bəzi KİV-lərdə yayılmış informasiyalar öz təsdiqini tapmayıb.
Xatırladaq ki, Namiq Canıyev 2 noyabrda Türkiyə hüquq-mühafizə orqanları tərəfindən İstanbulun Bakırköy ərazisinndəki "Ömür" ticarət mərkəzində keçirilmiş xüsusi əməliyyatın gedişatında saxlanılıb. 11 nəfərdən ibarət qatillər qrupu (Namiq Canıyev qrupa başçılıq etdiyi deyilir) bir müddət əvvəl həbsdən azad olunmuş "qanuni oğru" Qulinin evinə hücum hazırlayıb. Qatillər Qulinin özü və bütün ətrafı ilə haqq-hesab çəkməyi planlaşdırıbmış.
Bu hücumun dəqiq planlaşdırıldığını Namiq Canıyevin telefonunda aşkar edilmiş şəkillər də təsdiqləyir. Həmin şəkillərdə Nadir Səlifovun evinin və oun ətraf ərazisinin tam və detallı sxemi göstərilib.
İstanbulun təhlükəsizlik polisi Namiq Canıyevin həbsi haqda qərar qəbul edib. Ehtimal ki, ona Quliyə və onun ətrafına sui-qəsdin təşkili ilə bağlı ittihamlar veriləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?