GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Hərbiçdən taksi sürücülərinə qarşı cinayət

Hərbiçdən taksi sürücülərinə qarşı cinayət

Tarix: 12-11-2017, 15:28 Bölmə :Kirminal Baxış: 446
Hərbiçdən taksi sürücülərinə qarşı cinayət


Müddətdən artıq hərbi qulluqçu taksi sürücülərini soydu və onlara qarşı dələduzluq etdi

Dələduzluqda və soyğunçuluqda təqsirli bilimən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq hərbi qulliqçusu - Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Tural Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Tural Babayev zərərçəkmiş şəxsin əmlakını açıq talayıb soyğunçuluq edib və təkrarən aldatma yolu ilə özgələrin əmlakını ələ keçirərək dələduzluq cinayəti də törədib.
Belə ki, o, hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil tağımının 2-ci avtomobil manqasının sürücüsü vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmətdə əsgər hərbi rütbəsində xidmət edərkən cinayət törədib.
Tural Babayev 29 oktyabr 2016-cı il tarixdə, saat 19 radələrində özgənin əmlakını talamaq məqsədi ilə Gəncə şəhər Dəmiryol Vağzalının yaxınlığında taksi kimi dayanmış 99-DR-861 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Amid Namazova yaxınlaşıb və onu Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmasını deyib.
Taksi sürücüsü də etiraz etməyərək onu Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya gətirib. Həmin vaxt Tural Babayev xəstəxananın həyətində zəng etmək adı ilə Amid Namazova
məxsus “Samsung Galaxy G-530 Prime” markalı mobil telefonu alıb və oradan qaçıb.
Amid Namazov onun arxasınca qaçaraq telefonunun onun qaytarılması üçün cəhd edib. Buna baxmayaraq Tural Babayev hadisə yerindən uzaqlaşıb.
Bundan əlavə, Tural Babayev həmin il noyabrın 24-də, saat 18 radələrində Gəncə şəhər R.Qasımov küçəsi ilə Atatürk prospektinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan “Vaz 21099” markalı avtomobilin sürücüsü Vəli Ələkbərovdan onu Gəncə şəhər 2 saylı xəstəxanaya aparmasını istəyib. Taksi sürücüsü də onu həmin ünvana aparıb.
Yolda Tural Babayev zəng etmək adı ilə Vəli Ələkbərova məxsus 150 manat dəyərində olan “Samsung Galaxy Grand Prime” markalı mobil telefonu onun əlindən alıb. Telefonu alan Tural Babayev maşından düşərək gedib.
Daha sonar Tural Babayev noyabrın 20-də, saat 17 radələrində Gəncə şəhər Ə.Hüseynzadə küçəsində taksi fəaliyyəti ilə məşğul olan “Vaz 2107” markalı avtomobilin sürücüsü Kamil Nəbiyevə cinayət törətmək qərarına gəlib. O, Kamil Nəbiyevə yaxınlaşaraq onu Gəncə şəhər Mahrasa bağı adlanan əraziyə aparmasını deyib. Taksi sürücüsü də etiraz etməyərək onu Mahrasa bağına aparıb. Bu zaman yolda o, zəng etmək adı ilə Kamil Nəbiyevə 140 manat dəyərində olan “Samsung Galaxy S3” markalı mobil telefonu alıb və avtomobildən düşərək gedib.
Növbəti dəfə Tural Babayev taksi sürücüsü Elçin Qurbanova qarşı dələduzluq edib. O, noyabrın 20-də, saat 19 radələrində Atatürk prospektində taksi fəaliyyəti ilə məşğul olan “Priora” markalı atomobilin sürücüsü Elçin Qurbanova yaxınlaşıb və onu Gəncə şəhəri, Bayan küçəsinə aparmasını istəyib.
Taksi sürücüsü də etiraz etməyərək onu maşının mindirib. Yolda Tural Babayev zəng etmək adı ilə Elçin Qurbanova məxsus 160 manat dəyərində olan “Samsung Galaxy Grand Prime” markalı mobil telefonu alıb və avtomobildən düşərək getməklə aldatma dələduzluq edib.
Tural Babayev Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 180.1-ci (soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddələri ilə ittiham edilib.
Gəncə Hərbi Məhkəməsinin hokum ilə Tural Babayev 2 l 11 ay 25 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.
Tural Babayevin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Çingiz Məmmədovun sədrliyi ilə baş tutan prosesdə araşdırılıb.
Cəfər Hacıyev bildirib ki, birinci instansiya məhkəməsi Tural Babayevə cəza təyin edərkən, onun barəsində olan yüngülləşdirici halları nəzərə almayıb: "Məhkəmə ədalət və hümanizim prinsiplərini pozaraq Tural Babayevə ağır cəza təyin
edib. Həmin cəza məhkumun şəxsiyyətinə və cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil. Məhkəmə Tural Babayevin törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, ailəli olmasını, anasının himayəsində olmasını nəzərə almayıb. Bütün bu sadaladığım halların olmasına baxmayaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edilib. Odur ki, bütün bu halların nəzərə alınmasını, onun barəsində elan olunmuş hökmün dəyişdirilməsini, ona Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini, onun cəzasının şərti hesab edilməsini xahiş edirəm".
Apelyasiya şikayəinə dövlət ittihamçısı Eldar Əhmədov etiraz verib. O etirazını onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclaslarında təsdiq edilmiş sübutlara əsaslandırılıb: "Həmçinin təyin olunmuş cəza cinayətin xarakterinə və ictimai ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğundur. Ona ədalətli cəza təyin edilib. Bu səbəbdən birunci instansiya məhkəməsi hökmünün dəyişdirilməçəsini, apelyasiya şikayətinin təyin edilməçəsini tələb edirik".
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Tural Babayevin apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Aslan
gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hərbi maşınımız minaya düşüb

    Hərbi maşınımız minaya düşüb ...

    8-12-2014, 21:37

  • 
  • Ordu rəhbərliyi “sverxsroçnik” olmaq istəyənlərə müraciət etdi

    Ordu rəhbərliyi “sverxsroçnik” olmaq istəyənlərə ...

    24-01-2014, 12:42

  • 
  • Əsgəri öldürən çavuş tutuldu

    Əsgəri öldürən çavuş tutuldu ...

    12-03-2015, 09:09

  • 
  • Əsgər xidmət yoldaşını güllələyib

    Əsgər xidmət yoldaşını güllələyib ...

    9-11-2013, 11:16

  • 
  • Şəhidimiz dəfn edilir

    Şəhidimiz dəfn edilir ...

    10-10-2014, 13:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (91)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
best cryto casino reddit
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu