GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » “Silahın lüləsini çənəsinə dirədi və atəş açdı”

“Silahın lüləsini çənəsinə dirədi və atəş açdı”

Tarix: 22-11-2017, 20:48 Bölmə :Kirminal Baxış: 484
“Silahın lüləsini çənəsinə dirədi və atəş açdı”


Hərbi Hissədə baş verən qanlı olayın şok təfərrüatları

Qəsdən adam öldürməyə cəhddə, qanunsuz silah gəzidrməkdə və digər cinayətlərdə ittiham olunan Zaqatala rayon sakini, 1997-ci il təvəllüdlü Həmzət Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Həmzət Əzizov 24 aprel 2015-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin kəşfiyyat bölüyünün 1-ci kəşfiyyat tağımının 3-cü kəşfiyyat manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edib. O, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ona qarşı zor tətbiq etməklə pozub, qanunsuz olaraq odlu silahı əldə edib, habelə qəsdən adam öldürməyə cəhd edib.

Təhqir və dava

Belə ki, Həmzət Əzizov 28 fevral 2016-cı il tarixdə saat 2015 radələrində xidmət etdiyi hərbi hissənin Goranboy rayonunun Qaraçinar qəsəbəsi ərazisində yerləşən komanda müşahidə məntəqəsində olan yeməkxanada tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozub. O, Nariq Əhmədova 2016-cı ilin yanvar ayında kəşfiyyat bölüyünün əsgəri Xanlar Xəlilova postun ərazisinə odun gətirməsi barədə göstəriş verməsini irad tutub, onun ünvanına nalayiq söyüşlər söyüb.
Bu zaman Natiq Əhmədov ona cavab qaytarıb. Həmzət isə natiq.Əhmədova qarşı zor tətbiq etməklə yaxasından tutub və yenidən anasının ünvanına nalayiq söyüşlər söyüb.
Bundan sonra Həmzət Əzizov Natiq Əhmədovun yaxasını buraxıb, lakin öz cinayət əməllərini davam etdirərək yenidən onun anasının ünvanına nalayiq söyüşlər söyüb. Natiq Əhmədov isə ona cavab qaytardıqda isə onu öldürmək qərarına gəlib.

Qətlə cəhd

Bu məqsədlə Həmzət Əzizov Xanlar Xəlilova xidməti istifadə üçün təhkim olunmuş, həmin vaxt yeməkxana¬nın divarına söykənmiş vəziyyətdə olan avtomat silahı götürən Həmzət Əzizov silahı döyüşə hazır vəziyyətə gətirib. O nalayiq söyüş söyməklə, “səni öldürəcəm peysər” deyərək lüləsini Natiq Əhmədovun ürək nahiyyəsinə dirəyib.
Natiq Əhmədov silahı özündən uzaqlaşdırmaq məqsədi ilə lülə hissəsindən tutaraq geri itələmək istəyib. Bu zaman o, Natiq Əhmədovu qəsdən öldürmək məqsədi ilə silahın tətiyinə basıb, atəş açaraq Natiq Əhmədova çənəsindən vurub.
Lakin Natiq Əhmədova vaxtında tibbi yard¬ım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Həmzət Əzizov hərbi polis tərəfindən həbs edilib.

Üç maddəli cinayət işi

Həmzət Əzizov Cinayət Məcəlləsinin 29,12¬0.1-ci (qəsdən adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, sa-xlama, daşıma və ya gəzdirmə) və 332.1-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona qarşı zor tətbiq etmək) maddələri ilə ittiham edilib.
Onun barəsində olan cinayət işi baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi hakim Kamal Əliyevin sədrliyi ilə baş tutan iclasda araşdırılıb.

“Birlikdə yeməkxanaya gəldik”

Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Həmzət Əzizov ona verilmiş ittihamda özünü təqsirli biməyib. O, bildirib ki, Natiq Əhmədovu hərbi xidmətdən tanıyıb, münasibətləri xidməti olub, aralarında ədavət və ya düşmənçilik olmayıb: “Fevralın 27-də kəşfiyyat bölüyünün əsgərləri Xanlar Xəlilov və Nəsrəddin Osmanov ilə birlikdə bölüyün 3-cü manqasının tərkibində hərbi hissə komandirinin Goranboy rayonunun Qaraçinar qəsəbəsinin ərazisində yerləşən komanda müşahidə məntəqəsinə düşmən mövqelərinin müşahidəsini aparmağa təyin edilmişik. Ertəsi gün, saat 21 radələrində Xanlar Xəlilov ilə axşam yeməyi üçün müşahidə məntəqəsindən yeməkxanaya gəldik. Həmin vaxt yeməkxanada bizdən savayı əsgərlər Natiq Əhmədov, Ysuf Rəsulov və Şəhriyar Şükürov olublar. Natiq Əhmədov yeməkləri qablara çəkib və daha sonra bizə verib, Şəhriyar Şükürov isə qabları yumaqla məşğul olub”.

“Özünə atəş açdı”

Həmzət Əzizovun sözlərinə görə, təxminən 15 dəqiqə ərzində yeməyini yeyib, əvəzinə müşahidədə qalan Nəsrəddin Osmanovun yeməyə gəlməsi üçün tələsərək bayıra çıxıb: “Bayırda 4-5 addım atandan sonra Xan¬lar Xəlilovu tələsdirmək məqsədi ilə yeməkxanaya tərəf geri qayıtdım. Həmin vaxt Natiq Əhmədovun yeməkxananın içərisində girişdən sağda üzü içəridə olan sobaya tərəf dayandığını, əlində olan avtomat silahın lüləsini çənəsinə dirədiyini gördüm. Bu zaman ona nə etdiyini soruşmaq istədim. Lakin sözümü deməyə imkan tapmamış Natiq Əhmədov avtomat silahdan özünə atəş açdı. Natiq Əhmədovun qanı əynimdə olan gödəkçənin üzərinə sıçradı. Atəş açılandan sonra Natiq Əhmədov yerə yıxıldı. Mən şok vəziyyətinə düşdüm, köməyə adam çağırmaq məqsədi ilə geriyə sığınacağa tərəf qaçdım”.

“Qanunsuz hərəkətlər etməmişəm”

Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 28-də, hərbi hissənin Goranboy rayonunun Qaraçinar qəsə-bəsi ərazisində yerləşən komanda müşahidə məntəqəsində olan yeməkxanada tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxs Natiq Əhmədovun şərəf və ləyaqətini alçaltmayıb, ona qarşı nizamnamədən kənar hərəkətlərə yol verməyib: “Əsgər yoldaşım Xanlar Xəlilovun xidməti istifadəsində olan avtomat silahı qanunsuz olaraq əldə etməklə zərərçəkmiş Natiq Əhmədovu öldürmək məqsədi ilə həmin silahdan qəsdən bir dəfə atəş açmamışam və sonuncunu öldürmək istəməmiş¬əm. Eyni zamanda, Natiq Əhmədovu həmin vaxt söyməmişəm, onu təhqir etməmişəm. Ona qarşı hər hansı nalayiq hərəkətlər etməmişəm. Natiq Əhmədova qarşı hər hansı qanunsuz hərəkət etməmişəm”.
Gəncə Hərbi Məhkəməsinin hökmü ilə Həmzət Əzizov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Həmzət Əzizov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.
Apelyasiya şikayəti hakim Teyyub Muxtarovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan ediblər. Qərara görə, apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 9 il 3 aya endirilib.

Aslan
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hərbi xidmətə çağırış başladı

    Hərbi xidmətə çağırış başladı ...

    1-10-2013, 13:01

  • 
  • Yanvarın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb

    Yanvarın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi ...

    1-01-2015, 15:01

  • 
  • Prezident hərbi çağırış haqqında sərəncam imzaladı

    Prezident hərbi çağırış haqqında sərəncam imzaladı ...

    9-12-2016, 14:44

  • 
  • Hərbi xidmətə çağırışla bağlı sərəncam verildi

    Hərbi xidmətə çağırışla bağlı sərəncam verildi ...

    12-09-2013, 01:59

  • 
  • Həqiqi hərbi xidmətə çağırış başladı

    Həqiqi hərbi xidmətə çağırış başladı ...

    1-10-2017, 15:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu