GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Qayınata və gəlinin dəhşətli ölümü

Qayınata və gəlinin dəhşətli ölümü

Tarix: 22-11-2017, 21:00 Bölmə :Kirminal Baxış: 463
Qayınata və gəlinin dəhşətli ölümü


Məhkəmə iki nəfəri öldürən sürücünü həbsə göndərmədi, prokuror narazılıq etdi

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Ağdam rayon sakini, 1959-cu il təvəllüdlü Vəliyəddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Vəliyəddin Əhmədov 12 dekabr 2016-cı ildə, saat 14.30-da Bakı-Şamaxı-Yevlax yolunun Yevlax rayonu ərazisindən keçən 267,5-ci kilometrliyində idarə etdiyi Mitsubishi Airtrek markalı avtomobili ilə yolun Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydasını pozub. O, İslam İsmayılovun idarə etdiyi Vaz-21074 markalı avtomobilin yoluna çıxaraq toqquşub.
Nəticədə Vaz-21074 markalı avtomobilin sürücüsü İslam İsmayılov və onun sərnişini olan gəlini Səadət İsmayılova ölüblər.
Həmçinin hadisə zamanı İslam İsmayılova məxsus Vaz-21074 markalı 66-BX-081 dövlət qeydiyyat nişanlı avtomobilə 5007 manat ziyan vurub.
Daha sonra, toqquşma nəticəsində Mitsubishi Airtrek markalı avtomobil fırlanaraq birinci toqquşma ye-rindən 27 metr aralıda olan Əlizamin Abdullayevin idarə etdiyi Vaz-2106 markalı avtomobillə toqquşub. Hadisə nəticəsində həmin avtomobilə 815 manat maddi zərər vurulub.
Vəliyəddin Əhmədov Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla erhtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəliyəddin Əhmədov cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il, 1 ay, 8 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Prokurorun protesti baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya protesti hakim Rafail Əliyevin sədrliyi ilə baş tutan iclasda araşdırılıb.
Təqsirləndirilən Vəliyəddin Əhmədov bildirib ki, törətdiyim əməldə özümü tam təqsirli bilirəm, əməlimdən çox peşmandıram. Onun sözlərinə görə, bu hadisə ilə əlaqədər olaraq gününü mənəvi iztirab və vicdan əzabı ilə keçiririr: “Ömrümdə birinci dəfə yol nəqliyyat hadisəsi törətmişəm. Bu vaxta qədər heç vaxt yol hərəkəti qaydalarını pozmamışam və inzibati məsuliyyətə cəlb edilməmişəm. Zərərçəkmiş şəxslə barışıq əldə etmişəm, onun məndən şikayət və tələbi yoxdur. Eyni zamanda, mərhumların ailələrinə əlimdən gələn kömək etmişəm. Onlardan dönə-dönə üzr istədim, məni bağışlamalarını xahiş etdim və onlar məni bağışladılar. Yaşım az deyil, həmçinin hadisədən sonra keçirdiyim stress və aldığım xəsarətlər nəticəsində səhhətim xeyli pisləşmişdir. Yoldaşım da ağır xəstəlikdən əziyyət çəkir, onun mənə ehtiyacı var. Odur ki, apelyasiya protestinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Elgiz Zaməddinov bildirib ki, mərhum Səadət İsmayılova onun bacısı olub: “Dekabrın 12-də, saat 17 radələrində yaşadığım Mingəçevir şəhərində olan zaman bildim ki, bacımın sərnişini olduğu avtomobil qəzaya uğrayıb. Dərhal Yevlax rayonuna Qaraoğlan kəndinə gəldim. Kənddə olan zaman bacımın almış olduğu bədən xəsarətlərindən ölməsini bildim. Bacımı dekabrın 13-də Qaraoğlan kəndində qəbirstanlıqda dəfn etdik. Sonradan mənə məlum oldu ki, bacımın qayınatası İslam İsmayılovun idarə etdiyi Vaz-21074 markalı avtomobildə qəza nəticəsində ölüb. Təqsirləndirilən şəxs Vəliyəddin Əhmədov 15000 manat maddi yardım göstərib. Ondan heç bir şikayətim yoxdur”.
Mərhum İslam İsmayılovun oğlu Ağasəf ismayılov da eyni məzmunlu ifadə verib. O, da təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib.
Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorun protesti təmin edilməyib.

Aslan
gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat ...

    13-10-2015, 16:59

  • 
  • Ağır qəza törədən sürücüyə hökm oxundu

    Ağır qəza törədən sürücüyə hökm oxundu ...

    18-01-2016, 12:14

  • 
  • Ağsu RİH-in icra nümayəndəsi və icra başçısının qardaşı oğlu qəzaya düşüblər -YENİLƏNİB

    Ağsu RİH-in icra nümayəndəsi və icra başçısının ...

    10-11-2017, 10:48

  • 
  • Yol qəzasında 3 yaşlı uşaq öldü, 3 nəfər yaralandı

    Yol qəzasında 3 yaşlı uşaq öldü, 3 nəfər yaralandı ...

    28-10-2015, 12:44

  • 
  • Azərbaycanda ölümlə nəticələnən yol qəzası

    Azərbaycanda ölümlə nəticələnən yol qəzası ...

    28-09-2015, 22:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu