GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Ömürlük məhbusların azadlığa gedən yolu açılır - Təfərrüat

Ömürlük məhbusların azadlığa gedən yolu açılır - Təfərrüat

Tarix: 29-11-2017, 14:13 Bölmə :Kirminal Baxış: 494
Ömürlük məhbusların azadlığa gedən yolu açılır - Təfərrüat


Əliməmməd Nuiyev: “Cinayət Məcəlləsinə dəyişikliklər onlar üçün də yeni şanslar yaradıb”

Azərbaycanda ömürlük məhbusların şərti olaraq azad edilməsi üçün məhkəməyə müraciət qaydası müəyyənləşib. Bununla bağlı Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilir. Məcəllənin hazırda qüvvədə olan 513-cü (Cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə) maddəsinə əsasən, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla məhkəmə cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur.

Məhkəmə cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmədən və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmədən imtina etdikdə həmin məsələlər üzrə ərizənin və ya vəsatətin təkrarən baxılmasına müvafiq ərizənin təmin edilməsinin rədd edilməsi haqqında məhkəmə qərarı çıxarıldığı gündən azı 6 ay keçdikdən sonra yol verilir.

Maddəyə edilən əlavəyə görə isə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxs barəsində eyni məzmunlu ərizənin məhkəmə tərəfindən rədd olunması hallarında isə təkrar ərizə belə qərarın çıxarıldığı gündən azı 1 il keçdikdə verilir.

2016-cı ildə Azərbaycanda 10 nəfər ömürlük azadlıqdan məhrum edilib. 2015-ci ildə bu rəqəm 4, 2014-cü ildə 13, 2013-cü ildə isə 15 nəfər olub. Ümumilikdə isə 2016-cı ildə ömürlük məhbusların sayı 128 nəfər göstərilib.

Onu da qeyd edək ki, Azərbaycanda hər yüz min nəfərə 274 məhkum düşür. Gürcüstanda bu göstərici 228, Ermənistanda isə 132-dir. Ümumiyyətlə, adambaşına düşən məhkum sayına görə ölkəmiz Avropada 4-cü yeri tutur.

Ömürlük məhbusların arasında keçmiş OMON-çular da var ki, onların da əfv sərəncamları ilə azadlığa çıxmasının gözlənilməsinə rəğmən, hələ ki bu istiqamətdə yenilik yoxdur. Onlardan Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovu qeyd edə bilərik. OMON-çularla bağlı Avropa İnsan Haqları Məhkəməsinə də müraciət edilib.

“Yeni Müsavat”a danışan hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, ömürlük məhbuslar cəzalarının son 5 ilində özlərini nümunəvi aparırlarsa və daxili rejim qaydalarına əməl edirlərsə, o zaman onlar məhkəməyə müraciət edib, vaxtından əvvəl şərti azad etmə ilə bağlı məsələ qaldıra bilərlər: “İlk olaraq onu qeyd edim ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilərlər. Ancaq Avropa Məhkəməsinin də çoxsaylı tələbləri var. Tələblərə uyğun olaraq müraciət edilirsə, o zaman işə baxıla bilər. Tələblərə müvafiq deyilsə, həmin müraciətlərə baxılmayacaq. İkincisi də Avropa Şurası bütövlükdə Azərbaycana bu istiqamətdə hansısa göstəriş verə bilməz. Bununla bağlı qərar qəbul etməsi, sadəcə, nonsens olar. Çünki Azərbaycan Avropa Şurasının üzvüdür və şuranın nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərir.

Avropa Şurasının əsas tələblərindən biri ölüm cəzasının ləğvi məsələsidir. Azərbaycanda da 1998-ci ildə bu cəza ləğv edilib. Bu gün Avropa Şurasına daxil olan ölkələr üçün yeganə tələb ondan ibarətdir ki, ölüm cəzası ləğv edilməlidir. İndi də ömürlük cəzanı hansısa cəza ilə əvəzləmək məsələsi daha çox məhkəmələrin səlahiyyətinə, Azərbaycanın hüququna aid olan məsələdir. Azərbaycanda Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edildi. Bu, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin vaxtından əvvəl şərti azad edilməsi ilə bağlıdır. Bütün bunlar onların vəziyyətini xeyli yüngülləşdirə bilər. Əgər cəzalarının son 5 ilində özlərini nümunəvi aparırlarsa və daxili rejim qaydalarına əməl edirlərsə, o zaman onlar məhkəməyə müraciət edib, vaxtından əvvəl şərti azad etmə ilə bağlı məsələ qaldıra bilərlər. Yaxud da cəzanı müəyyən müddətdə azadlıqdan məhrumetmə ilə əvəzləyə bilərlər. Eyni zamanda onların əfvlə bağlı da müraciət etmək hüququ var. Bu hüquqdan da istifadə edirlər və bir çoxları da azad olunublar. Yaxud da onların cəzaları müddətli cəza ilə əvəzlənib”.

Ə. Nuriyev bildirib ki, bu baxımdan söyləmək olar ki, Azərbaycanda daha da humanistləşmə istiqamətində addımlar atılıb: “Bu proseslər öz əksini Azərbaycan qanunverciliyində tapır. Avropa Məhkəməsinə müraciət olunarsa, buna baxıb, qərarlar verə bilərlər. Bilirəm ki, ömürlük azadlıqdan məhrum edilmiş şəxslərdən bəziləri Avropa Məhkəməsinə müraciət etmişdi və onlara məhkəmə rədd cavabı verdi. Ömürlük məhbusların bəziləri Azərbaycanda imzalanan əfv sərəncamları ilə azadlığa çıxıb. Son əfv sərəncamında iki nəfər ömürlük məhbusun da cəzası yüngülləşdi. Bundan əvvəl də Rəhim Qazıyevə, Surət Hüseynova, Ələkrəm Hümmətova münasibətdə ömürlük azadlıqdan məhrumetmə cəzasının əfvlə dəyişdirilməsinin şahidi olmuşuq. OMON-çulara gəlincə isə onlar da əfvlə bağlı müraciət edə bilərlər. Əfv isə cənab prezidentin səlahiyyətinə aid olan məsələdir. Nəticədə söyləmək olar ki, Cinayət Məcəlləsinə edilən dəyişikliklər ömürlük məhbuslar üçün də yeni imkanlar və şanslar yaratdı”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bacısını qətlə yetirən kişini həbsxanadan kim buraxıb?

    Bacısını qətlə yetirən kişini həbsxanadan kim ...

    23-08-2015, 11:26

  • 
  • Həmkəndlisi ilə 5 manatın davasını etdi, 2 il cəza aldı

    Həmkəndlisi ilə 5 manatın davasını etdi, 2 il ...

    28-12-2015, 22:43

  • 
  • Gülər Əhmədova hansı şərtlərlə azadlığa buraxılıb?

    Gülər Əhmədova hansı şərtlərlə azadlığa buraxılıb? ...

    8-05-2014, 10:42

  • 
  • QƏZET SAHİBİNƏ 3 İL ŞƏRTİ HƏBS CƏZASI KƏSDİLƏR

    QƏZET SAHİBİNƏ 3 İL ŞƏRTİ HƏBS CƏZASI KƏSDİLƏR ...

    20-05-2013, 15:20

  • 
  • Azərbaycanda vaxtından əvvəl azad edilən məhkumların sayı artır

    Azərbaycanda vaxtından əvvəl azad edilən ...

    1-12-2016, 19:26


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu