Tanınmış prodüser Tolik Bu gün "Hər şey daxil" verilişindəki açıqlaması ilə diqqət çəkib.
O, studiyada qonaq olan müğənni Nura Suri və aparıcılara üzünü tutaraq "Sizcə, Fədayə Laçınla Lalə Məmmədovanın, dostluğu alınar? Oxumaq tərzləri də tamam başqadır. Dünya baxışları isə tam fərqlidir" deyib. Nura isə prodüserin sözlərinə "İkisi də sənətkardır, ortada sənət varsa, əlbəttə alınar", - deyə cavab verib. T.Əliyev "Mən bilmirdim, eşidəndə şoka düşmüşdüm. Onlar yaxın dostdurlar” deyərək gizlin qalan mətləbin üstünü açıb.
Sorğu
Yeni dizaynımız necədir?