Sabunçu rayonunda baş verən qanlı hadisənin təfərrüatları məlum olub.
gundemxeber.az-ın ölkə.az-a istınadən əldə etdiyi məlumata əsasən, ötən gecə Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsində 23 yaşlı Cəlilabad rayon sakini Babayeva Aynurə Fazil qızı bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya müraciət edib. Cərrahiyyə əməliyyatı olunan qadının vəziyyəti orta-ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi tərəfindən araşdırmalara başlanılıb və hadisənin 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Əliyeva Günay Xanbaba qızı tərəfindən törədildiyi məlum olub. Saxlanılan G.Əliyeva törətdiyi cinayət əməlini etiraf edərək bildirib ki, cinayəti qısqanclıq zəminində törədib. Qadının dediyinə görə, həyat yoldaşı, Füzuli rayon sakini Əliyar Əhmədov bir neçə ildir ki, A.Babayeva ilə qeyri-rəsmi münasibətdədir. Bununla bağlı dəfələrlə Aynurəyə xəbərdarlıq etsədə o, Əliyar ilə görüşməyi davam etdirib. Ötən gün isə Günay Aynurəyə zəng edərək onu görüşə çağırıb və üzərində gəzdiridiyi cib bıçağı ilə ona bir neçə xəsarət yetirib.
"Ölkə.Az"-a açıqlamasında Əliyar Əhmədov da hadisənin onunla bağlı olduğunu etiraf edib. Hətta bıçaqlanan Aynurəni xəstəxanaya çatdırdığını da bildirib.
Fakt üzrə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb və G.Əliyeva şübhəli şəxs qismində saxlanılıb. Qeyd edək ki, saxlanılan qadının 2 azyaşlı övladı var.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?