Ötən gün Bakının Suraxanı rayon sakinləri nənənin törətdiyi dəhşətli qətliamın şokundan ayılmamış daha bir qanlı cinayət baş verdi.
Suraxanı rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, dünən saat 19 radələrində "Zığ bağları" adlanan yaşayış məntəqəsində ər boşandığı arvadını qanına qəltan edib. Araşdırmalar zamanı qətlin hansı səbəbdən baş verdiyi məlum olub.
Belə ki, 1989-cu il təvəllüdlü Elşən İlqar oğlu Mehdiyev keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü İntima Bandit qızı Salmanovanı qısqanclıq üstündə xüsusi amansızlıqla öldürüb.
Hadisə baş verən gün Elşən Mehdiyev keçmiş arvadı İntima Salmanova ilə "Zığ bağları" adlanan yaşayış məntəqəsində xarabaxanalıqda görüşüb. Görüş zamanı onların arasında mübahisə yaranıb. Mübahisə zamanı kişi qadına çoxlu bıçaq zərbəsi vurub.
Daha sonra qadın ölmədiyi üçün onu boğub. Sonra isə hadisə yerini tərk edib. Bir neçə saat sonra isə Suraxanı rayon Polis İdarəsi 30-cu polis bölməsinə gedərək təslim olub.
Saxlanılan Elşən Mehdiyev verdiyi ifadədə bildirib ki, keçmiş arvadını qısqanclıq zəminində öldürüb. O bildirib ki, qadın yüngül həyat tərzi keçirirmiş.
Qeyd edək ki, qadının 5 yaşlı oğlu var.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?