Türkiyə qanuni oğru Nadir Səlifovu (Lotu Quli) Rusiyaya təhvil verməyəcək.
“Türkiyənin hüquq mühafizə orqanları demək olar ki, Rusiya ilə əməkdaşlıq etmir. Məsələ xüsusilə böyük pulları və əlaqələri olan adama gələndə Ankara bu mövqeni tutur. Burada sadəcə ümid etmək lazımdır ki, o, Türkiyədə yerli hakimiyyəti qəzəbləndirəcək nə isə etsin”, – deyə agentliyin mənbəsi bildirib. Qeyd edək ki, bundan öncə agentlik Rusiyanın İstintaq komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin Nadir Səlifov barəsində axtarış elan etdiyi barədə informasiya yaymışdı. Nadir Səlifov Moskvada insan oğurluğu və onlardan pul qoparılması barədə göstəriş verməkdə şübhəli bilinir. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi qaldırılıb və qiyabi təqdim edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?