Moskvada otaq yoldaşını öldürüb, bədənini hissələrə ayıran şəxs saxlanılıb.
Dəhşətli cinayət təsadüfən aşkarlanıb. Avtomobil təmiri sexlərinin birində bir həftə əvvəl parçalanmış kişi meyiti tapılıb. Polisin araşdırmasından sonra qətlin ğlən şəxsin otaq yoldaşı tərəfindən törədilməsi məlum olub. Hadisəni törədən və adı açıqlanmayan şəxs otaq yoldaşını nə üçün öldürməsini də etiraf edib. Belə ki, uşaq evində böyüyən həmin şəxs bir müddət əvvəl İrkutskdan Moskvaya gəlib. Orada yüksək vəzifəli bir məmurun sürücüsü kimi işə başlayıb. Onun qurbanı 37 yaşlı Eduard isə elektrik qaynaqçısı olub. Eduard bir müddət əvvəl qulağı, sol əlinin barmağı və cinsiyyət orqanı kəsilmiş halda tapılıb. Polis cinayətin bu cür qəddarlıqla törədilməsindən şoka düşüb. Əvvəl cinayətin üsuluna görə həmin şəxsin cinsi azlığın nümayəndəsi olduğunu ehtimal ediblər. Lakin sonradan hər şey aydın olub. Həmin şəxs otaq yoldaşını siqaret çəkdiyinə görə öldürdüyünü etiraf edib. Onun yastığında qan izlərinə də rast gəlinib. “Siqaret çəkib otağın havasını korlayırdı. Dəfələrlə xəbərdarlıq etmişdim”-deyə, cinayətkar bildirib. Faktla bağlı cinayət işi açılıb, həmin şəxsin başqa ağır cinayətlərdə iştirakının olub-olmadığını araşdırır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?