Polis müxtəlif obyektlərə bomba qoyulması barədə yalan məlumat verən iki nəfəri aşkar edərək saxlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına görə, yanvarın 2-də naməlum şəxs DİN-in "102" qaynar xəttinə zəng edərək Səbael rayonundakı mehmanxanaların birinə bomba qoyulduğunu bildirib. Axtarış zamanı bomba tapılmayıb.
Əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, zənğ edən 24 yaşlı Elmar Qasımovdur. O saxlanılıb.
Yanvarın 3-də yenə "102"-yə zəng edən şəxs paytaxtın Nizami rayonunda anbara bomba qoyulduğunu bildirib. Müəyyən edilib ki, məlumat verən 61 yaşlı Həsən İsmayılovdur. O da saxlanılıb.
Faktlar üzrə Cinayət Məcəlləsinin 216-cı maddəsi (terror haqda yalan məlumat) ilə cinayət işi qaldırılıb.
Sorğu
Yeni dizaynımız necədir?