Bakı şəhərində ağac kəsməkdə şübhəli bilinən paytaxt sakini Mehdi Kərimov, Ucar rayon sakini Rauf İsmayılov, Siyəzən rayon sakini Elşad Quliyev və Qubadlı rayon sakini Məqsəd Babayev polis tərəfindən saxlanılaraq istintaqa tyəhvil verilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidməti bildirir ki, 2017-ci il fevralın 23-də Bakının Xətai rayonunun Sarayevo küçəsində 6 ədəd, iyunun 9-da və 28-də isə Neapol küçəsində 32 ədəd şam və digər ağacların kəsilməsi faktları ilə əlaqədar Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ağacları kəsməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?