Yanvar 7-də Səbail rayonu Xəqani küçəsi 48 b-də yerləşən restoranda dava-dalaş baş verib.
Nəticədə 1992-ci il təvəllüdlü Turanə Rəhmanlı döyülərək bədəninin müxtəlif nahiyyələrindən xəsarət alıb.
Xəstəxanaya müraciət edən zərərçəkmişə ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Qeyd edək ki, T.Rəhmanlı restorana müştəri qismində gedib və içkili şəxslərin zərbələrinə məruz qalıb.
Hazırda Səbail polisi tərəfindən təhqiqat araşdırmaları aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?