Hüquq-mühafizə orqanlarından anspress-ə verilən məmlumata görə, hadisə müxtəlif vaxtlarda baş verib.
Belə ki, dünən saat 14:48 radələrində Müşviq qəsəbəsində 31 yaşlı C.B. küçənin ortasında naməlum şəxsin hücumuna məruz qalıb. Qadın vəhşicəsinə döyülüb. Qadını xəstəxanaya aparıblar. Ona ilkin yardım göstərilib. Daha sonra müalicə olunmaq üçün evə buraxılıb.
Digər hadisə isə bu gün səhər saat 04:30-da Səbail rayon ərazisində baş verib. Badamdar qəsəbəsində yaşayan 30 yaşlı Q.B. ölümcül döyülüb. Qadının ailə-münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyüldüyü bildirilir.
Qapalı kəllə-beyin travması alan qadın xəstəxanaya yerləşdirlib.
Faktla bağlı 8-ci polis bölməsində araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?