Bu gün Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Pprosesdə elan olunan qərara əsasən, Ə.İnsanovun kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Ə.İnsanov öz arzusu ilə məhkəmədə iştirak etməyib. O, bu barədə Ali Məhkəməyə yazılı ərizə göndərib.
Xatırladaq ki, Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.
2016-cı ilin oktyabrında, həbs müddətinin bitməsinə 56 gün qalmış isə keçmiş nazirə narkotik və ya psixotrop maddələr əldə etmə, saxlama və hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddələri ilə ittiham irəli sürülüb. 2016-ci ilin aprelində Qaradağ Rayon Məhkəməsi onu 7 il 5 gün müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Onu da qeyd edək ki, ötən il noyabrın 14-də Ali Məhkəmədə keçirilən prosesdə dövlət ittihamçısı Rizvan Şəmmədov vəsatət qaldıraraq icraatında çox iş olduğunu, cinayət işinin materialları ilə tanış olmadığını bildirmişdi. Dövlət ittihamçısının vəsatəti təmin edilmiş və proses qeyri-müəyyən vaxtadək təxirə salınmışdı./virtualaz.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?