Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədovun vəzifəsindən azad olunub.
gundemxeber.az nazirliyin saytına istinadən xəbər verir ki, İ.Məmmədovun adı nazir müavinləri siyahısından çıxarılıb.
Qeyd edək ki, prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli sərəncamı ilə Əli Abdullayev nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib. Bundan başqa, prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli digər sərəncamı ilə Elmir Vəlizadə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib.
Xatırladaq ki, ötən il dekabr ayının 28-də Bakının Nərimanov rayonunda 1987-ci il təvəllüdlü, paytaxt sakini Əliyev Elvin Əziz oğlu yaşadığı mənzildə iplə özünü asıb. İntihar edən şəxs İltimas Məmmədovun kürəkəni olub.
Məlum olub ki, E.Əliyev külli miqdarda borcu olduğuna görə intihar edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?