Prokuror yeyib-içdikdən sonra tanışını qətlə yetirən şəxə 18 il cəza istədi.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən Çobanov Bəxtiyar Şahlar oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Hadisə Xudat şəhərində araq məclisindən sonra baş verib. 1964-cü il təvəllüdlü Bəxtiyar Çobanov 1968-ci il təvəllüdlü Babayev Hikmət Zahiddin oğlunu qətlə yetirib. Yeyib-içdikdən sonra yaranan mübahisə Bəxtiyarın Hikməti bıçaqla qətlə yeirməsi ilə nəticələnib. B.Çobanov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində qətlə yeirilən Hikmət Babayevin qardaşı Səlim Babayev ifadə verib. “Qardaşımın itkin düşməsi ilə bağlı məlumat aldıqdan sonra onu axtarmağa başladıq. Sonuncu dəfə Bəxtiyarla danışdığını dedikləri üçün onu axtarsaq da, görüşmək istəmədi, sadəcə qardaşımdan xəbərsiz olduğunu dedi. Biz də evinə getdik. Qapının ağzında içərisində qanlı parçalar olan vedrə gördüm. Bəxtiyardan soruşdum ki, bu nədir? Dedi ki, toyuq kəsmişəm. Dedim ki, bu toyuq kəsməklə çıxacaq qan deyil. Yerdə çoxlu qan izləri vardı”.
S.Babayev əlavə edib ki, şübhələndiyi üçün çıxıb evin ətrafına baxmaq istəsə də, Bəxtiyar icazə verməyib. Ora digər qardaşım, qardaşımın oğlu ilə getmişdik. Mən çölə çıxıb evin arxasına baxmaq istəyəndə dedi ki, hara gedirsən? Amma mən arxaya gedib orada da qan izləri gördüm”.
Bundan sonra isə Bəxtiyar qaçaraq evdən uzzqlaşıb. Qardaşlar polis çağıraraq meyiti selofanın içərisində oradan çıxarıblar. “Bəxtiyar Çobanov deyir ki, mərhum qardaşım onu döyüb. Əgər döymüşdüsə, sən də onu vurardın. Qardaşım polisə zəng eləmək istəyəndə telefonu əlindən alıb, boğazını kəsib”. Şahidin ifadəsinə münasibət bildirən təqsirləndirilən şəxs ondan bağışlanmasını istəsə də, Səim Babayev onu bağışlamayacaqlarını bildirib.
Daha sonra məhkəmə istintaqının başa çatdığı elan edilib və sənədlərin tədqiqi mərhələsi başlayıb. Məlum olub ki, B.Çobanov Hikmətə 11 bıçaq zərbəsi vurub. Daha sonra prokuror çıxış edərək, Bəxtiyar Çobanovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. B.Çobanovun vəkili müdafiə çıxışında bildirib ki, müdafiə ediyi şəxs sakit xarakterli insan olub: “Mərhum əlində olan boru ilə Bəxtiyar Çobanova hücum ediyi üçün özünü müdafiə məqsədi ilə mərhuma zərbə endirib. Digər zərbələri endirəndə isə affekt vəziyyətdə olub” – deyən vəkil bunların nəzərə alınmasını və yüngül cəza verilməsini xahiş edib. Proses martın 29-da davam edəcək/bizimyol.info
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?