Bakı Ağır Cinayətlər Məhkəməsində 81 yaşlı atasını qətlə yetirməkdə ittiham olunan İlyas Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.Prosesə hakim Novruz Kərimov sədrlik edib.
Prosesdə hökm oxunub. Hökmə görə, İlyas Mehdiyev 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qətl hadisəsi bu il yanvarın 31-də baş verib. Ata ilə oğul arasında ailə münaqişəsi zəminində mübahisə yaranıb. İ.Mehdiyev atası İmdad Mehdiyevdən yaşadığı mənzili satmasını tələb edib. Yaranmış insident sonda qətllə nəticələnib. Atasının razılığını ala bilməyən İ.Mehdiyev onu öldürmək qərarına gəlib. Hadisə baş verən gün içkili vəziyyətdə olan İlyas maşınından benzin götürərək evə gəlib, butulkada olan benzini atasının üstünə və evə tökərək od vurub.
İ.Mehdiyev Cinayət Məcəlləsinin 120.2.2. (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsullaadam öldürmə) və 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham olunub./virtualaz.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?