Şəki Apellyasiya Məhkəməsi jurnalist Əfqan Muxtarlının şikayətini təmin etməyib. Prosesə hakim Rafael Əliyev sədrlik edib.
Müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verəcəyini bildirib.
Apellyasiya şikayətində Balakəın rayon Məhkəməsinin jurnalisti 6 il həbsə məhkum edən hökmünə xitam və Əfqan Muxtarlıya bəraət verilməsi istənilib. Məhkəmə baxışı qismən məhkəmə istintaqı ilə keçirilib.
Jurnalist Əfqan Muxtarlı 2017- ci il mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etməkdə ittiham olunub.
Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
Bakıda rəsmi qurumlar iddia edib ki, Əfqan Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.
Bu ilin yanvarında o, məhkəmənin hökmü ilə 6 il həbs cəzası alıb.
Əfqan Muxtarlı ittihamları rədd edərək, Gürcüstandan qaçırılmasını və Azərbaycandakı həbsini "siyasi sifariş" adlandırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?