GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Kərimova azərbaycanlı kriminal avtoritetin uşaqlarını öldürdü və… – FOTO

Kərimova azərbaycanlı kriminal avtoritetin uşaqlarını öldürdü və… – FOTO

Tarix: 7-05-2018, 10:58 Bölmə :Kirminal Baxış: 359
Kərimova azərbaycanlı kriminal avtoritetin uşaqlarını öldürdü və… – FOTO


Keçən həftə Nijni-Novqorod Məhkəməsi iki uşağının amansız qətlində ittiham edilən 27 yaşlı yerli sakin Yelena Kərimovanı həbs edib. O, uşaqları öz əlləri ilə boğub, sonra izləri itirmək üçün meyitləri iki dəfə yandırmağa çalışıb. Kərimovanın özü hərəkətini aydın izah edə bilmir. O iddia edir ki, boşandıqdan sonra uşaqları böyütməkdən bezdiyi üçün belə addım atmaq qərarına gəlib.

Life.ru saytının yaydığı yazıda belə deyilir.

Artıq Y.Kərimova barəsində kompleks psixoloji-psixiatrik ekspertiza təyin olunub. Ekspertiza qadının cinayəti törədən zaman anlaqlı olub-olmaması sualına aydınlıq gətirməlidir. Hərçənd Kərimova məhkəməsində tamamilə adekvat təsir bağışlayıb. Doğmaları və yaxınları deyirlər ki, Kərimova uşaqlarını çox sevirdi və bu dəhşətli cinayətə gedə bilməzdi. Onların fikrincə, bu dolaşıq işdə Kərimovanın keçmiş əri və uşaqların atası – Azərbaycandan olan kriminal avtoritetin hansı formadasa rolu olub…

Qeyd edək ki, istintaqın ilkin versiyasına görə, Y.Kərimova uşaqlarını – 4 yaşlı qızı Xədicəni və 2 yaşlı oğlu Süleymanı kirayəyə götürdüyü “Kia Rio” markalı maşının arxa oturacağına oturdub. Maşında uşaqları boğub və bundan sonra cəsədləri yoxa çıxarmaq haqda düşünüb. Qərara gəlib ki, heç kimin olmadığı bir əraziyə aparıb orada yandırmaqla uşaqlarının cansız bədənlərini külə döndərsin. Bu niyyətlə yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedib, benzin alıb və meyitləri Semyonovsk rayonunun Şaldej kəndinin kənarındakı meşəyə aparıb. Uşaqlarının cəsədini meşənin bir kənarına tullayan qadın üzərilərinə benzin tökərək odlayıb. Lakin sonradan gecəyarısı meşədə yanğını görəcək şəxslərin olacağından qorxaraq alovu söndürüb. Cəsədləri maşına qoyaraq Nijni-Novqoroddakı mənzilə qayıdıb. Növbəti gün yenidən Semyonovsk rayonuna qayıdaraq orada yarıyanmış cəsədləri gizlətmək üçün yer axtarıb. Belə bir yeri Osinki kəndinin ərazisindəki köhnə tərəvəz bazasının ərazisində tapıb. Orada cəsədləri köhnə bir tikilinin içindəki zibilliyə tullayan qadın yenidən uzərilərinə benzin töküb və odlayıb. Kənardan yanğının böyüdüyünü görüb cəsədlərin tam yanaraq kül olacağına əmin olandan sonra maşına əyləşərək ərazidən uzaqlaşıb


Azyaşlıların cəsədlərini köhnə tərəvəz bazasında aşkar ediblər. Qadının tapılması və tutulmasına baş vermiş hadisənin dolayı şahidi olan yerli sakin kömək edib.

Yuxarıda qeyd etdiyimiz kimi, saxlanılandan sonra olanları etiraf edən qadın bildirib ki, o, uşaqları boşandıqdan sonra onları böyütməkdən bezdiyi üçün öldürmək qərarına gəlib.

Ancaq istintaq müəyyən edib ki, qadının maliyyə cəhətdən heç bir problemi olmayıb. O, hər ay avtomobil kirayəsi üçün 40 min rubl xərcləyib və bir müddət əvvəl xaricdəki kurortlardan birinə bilet də alıb.

Sosial şəbəkədə isə Kərimovanın heç bir qəribə paylaşımı olmayıb. O, uşaqların fotolarını paylaşaraq, onları həqiqətən də sevdiyini bildirib.

“O mənim ürəyimdir, əziz insanımdır. Mənim sevimli qızım. Ona görə mən həmişə ayaqdayam. Mən ona görə yaşayıram. O mənim nəfəsimdir, ağıllı qızımdır”, – Kərimova aprelin 21-də paylaşım edib.

Y.Kərimova barəsində bilinən bir də odur ki, şəbəkə marketinqi ilə məşğul olub. İşi ilə əlaqədar bir müddət Moskvada qardaşının evində yaşayıb. Lakin biznesi alınmayıb və xeyli borca düşüb. Bununla bağlı barəsində məhkəmənin icraat qaydasında başladığı iş də olub…

Maraqlıdır ki, bu məsələdə hamı ata haqqında məsələdən yan keçməyə çalışır.

Məsələn, Yelenanın qonşusu və müəllimi Mariya deyir ki, uşaqların atası haqqında heç nə bilmirlər: “Oğlan atasını xatırlamırdı — cəmi iki yaşı vardı. Qız isə nənəsi, babası haqda danışsa da, atasını heç vaxt yada salmırdı”.

Y.Kərimovanın tanışlarının və qohumların sözlərinə görə, onun əri doğrudan da əslən Azərbaycandandır. Onun hətta saxta Ukrayna vətəndaşlığı olduğu da bildirilir. Yelena ilə isə 5 ildən artıqdır ki, tanışdırlar…

Kərimovanın anası etiraf edib ki, onların nikahının əleyhinə olub, amma Yelena onu eşitməyib və ərə gedib. Cütlük hətta Moskvaya yollanıb. Və bir neçə ildən sonra Yelena evə qayıdıb — ərsiz və ikinci uşağa hamilə vəziyyətdə…

— Mən bilirəm ki, o beynəlxalq axtarışa verilib. Amma bir ay əvvəl Nijni-Novqorodda peyda oldu və Yelenanı, uşaqları hədələməyə başladı, — deyə Yelenanın rəfiqəsi qeyd edib.

Ailəyə yaxın olanların sözlərinə görə, bundan sonra Yelenanın ərini heç kim görməyib və haqqında da heç nə eşitməyib. Bu ilin 12 martında isə Yelena boşanma barədə məsələ qaldırıb, yəni buna o özü təşəbbüs göstərib. Yelenanın rəfiqələri deyirlər ki, o çox sevinirdi: nəhayət, sərbəst olduğuna görə.

Amma sonra… Sonrasını artıq bilirsiniz.

Yekunda bir daha qeyd edək ki, amansız cinayətlə əlaqədar “Azyaşlıların qətli” ittihamı ilə cinayət işi başlanılıb. Əgər istintaqın ittihamları təsdiqini tapsa, Y.Kərimovanı ömürlük həbs cəzası gözləyir./virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gülnarə Kərimova həbs edildi

    Gülnarə Kərimova həbs edildi ...

    28-07-2017, 11:15

  • 
  • Gülnarə Kərimova atası ilə barışdı

    Gülnarə Kərimova atası ilə barışdı ...

    23-01-2014, 20:53

  • 
  • “Könül Kərimova mənim “mamam”dır”

    “Könül Kərimova mənim “mamam”dır” ...

    16-07-2014, 11:54

  • 
  • Flora Kərimova efir qadağasından sonra İLK DƏFƏ - FOTO

    Flora Kərimova efir qadağasından sonra İLK DƏFƏ - ...

    19-02-2018, 12:00

  • 
  • Flora Kərimova nəvəsi ilə - foto

    Flora Kərimova nəvəsi ilə - foto ...

    6-08-2017, 22:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu