Balakəndə anasının qeyri-rəsmi nikahda yaşadığı kişidən hamilə qalan 12 yaşlı qızla bağlı cinayət işi yekunlaşıb.
gundemxeber.az AzNews.az-a istinadən xəbər verir ki, Balakən rayon Məhkəməsinin hökmü ilə 12 yaşlı qızın zorlanmasında ittiham olunan Şindiyev Elçin Qədir oğlu 13 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Balakən rayonunda 12 yaşlı uşaq atalığından hamilə qalıb. Qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq onu hamilə qoyan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?