GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Ucarda ər ona xəyanət edən arvadını baltaladı

Ucarda ər ona xəyanət edən arvadını baltaladı

Tarix: 19-06-2018, 16:26 Bölmə :Kirminal Baxış: 313
Ucarda ər ona xəyanət edən arvadını baltaladı


Arvadını baltalayan Ucar rayon sakini cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.

Cinayət məcəlləsinin 29.120.2.4-cü maddəsi ilə təqsirləndirilən Mahmudov Məhərrəm Yavər oğlunun məhkəmə prosesi iyun ayının 27-də hakim Hafiz Nəsibovun sədrliyi ilə keçiriləcək.

Bu ilin mart ayında Ucar rayonunda arvadını xüsusi amansızlıqla öldürməyə cəhd etməkdə ittiham olunan 1963-cü il təvəllüdlü Məhərrəm Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məhərrəm Mahmudovun sərxoş vəziyyətdə arvadı Şamama Mahmudovanı döyməsi aralarında mütəmadi mübahisələrin yaşanmasına səbəb olub.

Sərxoşluq və dava
Mübahisə zamanı o, arvadını döyüb və bu səbəbdən Şamama evi tərk edib, uzun müddət Ucar rayon Qaracallı kəndində atası Alxan Soltanovun evində yaşayıb.
Məhərrəm Mahmudov həmin evə dəfələrlə gedərək arvadının öz yaşadığı Ucar rayonunun Bağman kəndində yerləşən evlərinə qayıtmasını tələb edib.

Evdən qaçan arvadını geri qaytarmaq istəyi
Buna baxmayaraq, Şamama Mahmudova onun tərəfindən dəfələrlə döyülməsini, hazırda ata evində rahat yaşadığını və ata evində tərəvəz əkərək dolandığını əsas gətirərək qayıtmaq istəmədiyini bildirib.
Daha sonra Məhərrəm Mahmudov 4 may 2017-ci ildə, saat 09-da Şamama Mahmudovanın oğlu Elsunla birlikdə Ucar rayonunun Bağman kəndində yerləşən evlərinə qayıtmasını tələb edib.

Lakin Şamama Mahmudova ona uşağının həmin kənddə məktəbə getdiyini, kənddə işlədiyini və onunla yaşadıqları kəndə qayıda bilməyəcəklərini bildirib.
Bu cavabdan sonra Məhərrəm Mahmudov özü ilə gətirdiyi baltanı oğlu Elsun Mahmudova nümayiş etdirib, onu və anasını ölümlə hədələyib. Bunları eşidən Şamama Mahmudova ona öz iradını çatdırıb.

Mübahisə, aqressiv cavab və xəyanət
Aralarında yaranmış qarşılıqlı mübahisə zamanı Məhərrəm Mahmudov daha da aqressivləşib. O, Şamama Mahmudovanı qəsdən öldürmək niyyəti ilə özü ilə gətirdiyi baltanı götürüb və yaşayış evinin ikinci mərtəbəsində yerləşən eyvana qalxıb.

Bunu görən qayını Musa Soltanov Məhərrəm Mahmudovun Şamama Mahmudovanı balta ilə vuracağından ehtiyatlanıb, baltanı onun əlindən alıb. Qayınata həmin baltanı eyvandan yerə atıb.

Mübahisə zamanı Məhərrəm Mahmudov Şamama Mahmudovanın evə qayıtmamasını digər səbəblərlə bağlamasının bəhanə olduğunu, əsas səbəbin isə Ucar rayonunun Qaracallı kənd sakini Tahir İbrahimovla münasibətinin olması ilə əsaslandırıb.

Baltalı dava
Daha sonra eyvandan aşağı düşən Məhərrəm Mahmudov yerə atılmış baltanı və tövlədə olan yabanı da götürüb, sonra tərəvəz əkilən sahəyə tərəf gedib.
Şamama Mahmudova Məhərrəm tərəfindən tərəvəzliyin dağıdılmasına mane olmaq məqsədi ilə arxasınca gedib, onu fikrindən yayındırmaq istəyib.
Məhərrəm Mahmudov Şamama Mahmudovanın üzərinə gəlib, əlindəki yabanı sahəyə atıb. Bu zaman onların ardınca gəlmiş azyaşlı oğlu Elsun Mahmudovun gözləri qarşısında arvadına balta ilə zərbələr vurub.

Diz çökən qadın və başa endirilən zərbə
Şamama Mahmudova ardıcıl balta zərbələrinin qarşısını almaq üçün əlləri ilə ona aktiv müqavimət göstərib. Məhərrəm Mahmudov cinayətkar əməlini davam etdirib və Şamama Mahmudovanın kürək nahiyəsinə iki balta zərbəsi vurub.
Zərbənin təsirindən sonra Şamama Mahmudovanın dizi üstə çöküb. Bu zaman o, Şamama Mahmudovanın başına bir dəfə balta ilə zərbə endirib.
Şamama Mahmudova təcili tibbi yardım maşını ilə Ucar rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ixtisaslı tibbi yardım göstərilib. Bu səbəbdən onun həyatını xilas etmək mümkün olub.

"Ailə mübahisələrimiz olub”
İstintaq orqanı tərəfindən Məhərrəm Mahmudovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Təqsirləndirilən şəxs qismində ifadə verən Məhərrəm Mahmudov bildirib ki, 30 il əvvəl Ucar rayon Qaracallı kənd sakini Şamama Mahmudova ilə ailə həyatı qurub, birgə nikahlarından iki oğlan övladları dünyaya gəlib:

"Şamama ilə ailəli olsam da, mübahisələrimiz səbəbindən o həmişə kiçik oğlum Elsunu götürərək atası Alxan Soltanovun Ucar rayon Qaracallı kəndində yerləşən evinə gedib. Mən isə Bağman kəndində böyük oğlum Yavərlə qalmışam”.

"Evə qayıtmamaq üçün bəhanələr gətirib”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Şamama Mahmudova gəlin gələn gündən onunla yaşamaq istəməyib, tez-tez atası evinə gedib, onlarla yaşayıb:
"Hər dəfə Şamamanı evə gətirmişəm. Lakin sonradan həftələrlə, hətta aylarla Şamama evdən gedib və atası evində yaşayıb. Evli olduğumuz müddətdə Şamama bir dəfə 3 il müddətinə, bir dəfə isə 5 il müddətinə atası evində qalıb. Sonuncu dəfə Şamama təxminən 4 il öncə atası evinə getməklə, orada yaşayıb. Həmin müddətdə də dəfələrlə Şamamaya evə qayıtmasını demişəm. Lakin o qayıtmamaq üçün müxtəlif bəhanələr gətirib”.
"Dilimi boğazımdan çıxaracağı ilə hədələyib”

Məhərrəm Mahmudov bildirib ki, Şamama 16 ildir Qaracallı kəndində olan klubda işləyir:
"Hər dəfə Şamamanı görmək üçün onun işlədiyi kluba gedəndə, Şamamanı Qaracallı kəndində kənd poçtunda işləyən Tahir adlı şəxslə söhbət edərkən görmüşəm. Tahirdən Şamama ilə nə əlaqəsi olduğunu soruşduqda, cavabında məni dilimi boğazımdan çıxaracağı ilə hədələyib. Şamamaya Tahirlə əlaqə yaratmamasını desəm də, o, buna əməl etməyib”.
"Tahirlə münasibətlərinə son qoymasını tələb etdim”

Məhərrəm Mahmudov qeyd edib ki, mayın 4-də qayınatası Alxan Soltanov həyətində olan söyüd ağaclarını kəsmək üçün ondan balta istəyib:
"Bu səbəbdən özümə məxsus baltanı götürərək, səhər saat 06.30-da Alxan Soltanovun evinə getmişəm. Saat 09-da onlara çatmışam. Həmin gün Şamama evdə olub. Şamamaya evə qayıtmasını desəm də, sonuncu cavabında şəhərdən aldığım 6 ədəd stulu qaytardıqdan sonra evə qayıdacağını bildirdi. Şamama mənə son bir ay olardı ki, həmin stulları qaytardıqdan sonra evə qayıdacağını demişdi. Şamamaya həmin stulları sındıracağımı dedim. Həmçinin, Şamamaya Tahirlə münasibətinə son qoymasını tələb etdim. Cavabında məna qarşı nalayiq söyüşlər işlətdi. Bundan əsəbiləşib balta ilə stulları qırmaq üçün Şamamanın olduğu evin ikinci mərtəbəsindəki eyvana qalxdım. Arxamla gələn Şamamanın qardaşı Musa baltanı əlimdən alaraq həyətə tulladı”.

"Məni təhqir edə-edə üzərimə gəldi”
Məhərrəm Mahmudovun sözlərinə görə, eyvanda olan Şamama ilə mübahisəsi yaranıb:
"Şamamaya müxtəlif bəhanələr gətirdiyini, evə qayıtmamasının səbəbinin Tahir olduğunu dedim. Şamama məni nalayiq ifadələrlə təhqir etdi. Şamama ata evində həyətyanı sahədə tərəvəz, pomidor, zəfəran əkdiyini, tez-tez qayıdıb onlara da baxmalı olduğunu bildirdi. Onun həmçinin becərdiyi tərəvəzlərə görə mənimlə evə gəlməməsini gördüm, oranı dağıtmaq məqsədilə eyvandan aşağı düşdüm. Tövlədə olan yabanı götürərək tərəvəz əkilən həyətyanı sahəyə doğru getdim. Tərəvəzlik əkilmiş sahənin çəpərinə yaxınlaşdım. Şamama arxamca gələrək, məni nalayiq ifadələrlə təhqir etdi. Sonra əlinə daş götürərək üzərimə gəldi”.

"Kənd içində biabır olduğumu dedim”

Təqsirləndirilən şəxs bildirib ki, buna görə əsəbiləşərək, əlindəki yaba ilə bir dəfə Şamamanın başından vurub:
"Nəticədə Şamama dizi üstə yerə çökdü. Dizi üstə yerə çökdükdən sonra yaba ilə bir dəfə də Şamamanın kürəyindən vurdum. Şamamanın qışqırıq səsinə qaynım Musa gələrək əlimdəki yabanı ona verməyimi istədi. Əlimdəki yabanı Musaya verdim. Sonra Musa mənə bir-iki şillə vurdu. Musaya Şamamanın 30 il mənimlə yaşamadığını və bu səbəbdən kənd içində biabır olduğumu dedim. Daha sonra oradan çıxaraq Qaracallı kəndində Əhməd adlı şəxsin sahəsində taxıl sulamağa getdim. Bundan sonra polisdən zəng gəldi. Bu səbəbdən evə getdim. Evdə olan zaman polislər gələrək məni apardılar”.

"Öldürmək niyyətim olmayıb”

Məhərrəm Mahmudov qeyd edib ki, mayın 4-də baş vermiş hadisə zamanı Şamamanın onu təhqir etməsi səbəbindən əsəbiləşib, bu səbəbdən Şamamanı yaba ilə vurub:

"Şamamanı yaba ilə vurmaqda məqsədim onu qorxudaraq evə qaytarmaq olub. Şamamanı yabanın sapının dəmiri ilə birləşən hissəsi ilə iki dəfə, birinci zərbəni başından, ikinci zərbəni isə kürək nahiyəsindən vurmuşam. Şamamanı öldürmək məqsədi ilə vurmamışam. Şamamanı yaba ilə vurarkən təklikdə olmuşuq, sonradan hadisə yerinə ilkin olaraq Musa Soltanov, daha sonra isə anası Tamara Soltanova və evin gəlini gəlib. Yaba ilə Şamamanı vurmağım təxminən 1-2 dəqiqə ərzində baş verib. Musa Soltanova yabanı verdikdən sonra Şamamanı vurmamışam. Ümumiyyətlə, Şamamaya əvvəllər bıçaqla xəsarət yetirməmişəm. Şamamanı mütəmadi olaraq şillə, təpik vuraraq döyməmişəm, ailəli olduğum müddətdə baş vermiş ailə mübahisələri zamanı Şamamanı yalnız əlimlə vurmuşam”.

"Şamamanın Tahirin yanından çıxdığını görmüşəm”
Təqsirləndirilən şəxs qeyd edib ki, Şamama əlindəki daşla onu vurmayıb və xəsarət yetirməyib:

"Musa Soltanovun mənə üzümdən bir-iki şillə vurmasından sonra hər hansı xəsarət almamışam. Musa Soltanov mənə qarşı başqa hər hansı zorakı əməllərə yol verməyib. Bir dəfə Şamamanı Qaracallı poçtda Tahirin yanından çıxdığını görmüşəm. Bundan əsəbiləşərək gecə Tahiri mobil telefonla yığaraq Şamama ilə görüşməsinə son qoymasını, əks təqdirdə ondan polis orqanına şikayət edəcəyimi bildirmişəm. Mobil telefon danışığımda, Tahir cavabında ondan polisə şikayət edəcəyim təqdirdə dilimi boğazımdan çıxaracağını deyib”.

"Məhərrəmi təhqir etdim”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Şamama Mahmudova bildirib ki, Məhərrəm Mahmudov ilə mübahisəsi olanda atası evinə kiçik oğlu Elsun Mahmudovla gedib və digər oğlu Yavər Mahmudov hərbi xidmətdən qayıtdıqdan sonra daha çox atası Məhərrəm Mahmudov ilə birlikdə qalıb:
"Mayın 4-də, saat 08-də Məhərrəm yaşadığım ata evimə əlində balta ilə gəldi. Məhərrəm həyətdə çay içdikdən sonra evə gəlməyimi istədi, əks-təqdirdə məni öldürəcəyi ilə hədələdi. Onunla evə qayıtmayacağımı bildirdim. Məhərrəm məni Qaracallı poçtunda işləyən Tahir adlı şəxslə əlaqədə olmaqda günahlandırdı. Yalan danışması, böhtan atması səbəbindən əsəbiləşdim. Bu səbəbdən Məhərrəmi təhqir etdim. Bu zaman Məhərrəm özü ilə gətirdiyi baltanı götürərək evin ikinci mərtəbəsinə qalxdı, məni balta ilə vurmaq istədi. Lakin Musa onun arxasınca gələrək baltanı əlindən alaraq həyətə tulladı”.

"Şamama ilə intim münasibətdə olmamışam”

Cinayət işində adı keçən Tahir İbrahimov şahid qismində dindirilib. O bildirib ki, Məhərrəm Mahmudovla Şamama Mahmudova ailə həyatı qursalar da, həmişə münaqişəli şəraitdə yaşayıblar:

"Şamama Mahmudova bir neçə ildir ki, Ucar rayonunun Qaracallı kəndində atası Alxan Soltanovun evində yaşayır. Mayın 4-də Məhərrəmin Şamamanı döyərək, ona ağır xəsarətlər yetirdiyini eşitmişəm. Məhərrəm Mahmudovla Şamama arasında buna bənzər münaqişələr dəfələrlə olub. Bu münaqişələrin səbəbkarı hər dəfə Məhərrəm Mahmudov olub. Məhərrəm spirtli içkiyə meyilli olduğundan, əsasən sərxoş olduqda bu cür hadisələr baş verir. Məhərrəm Mahmudov müxtəlif bəhanələr gətirərək, Şamama Mahmudovanı vurmasının səbəbini müxtəlif istiqamətlərə yönəltməyə çalışır. Heç vaxt Şamama Mahmudova ilə yaxın, intim münasibətdə olmamışam, belə bir fikri də olmamışıq. Şamama Mahmudova zəif və xəstə insan olub”.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhərrəm Mahmudov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Məhərrəm Mahmudovun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada baxılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Məhərrəm Mahmudovun apelyasiya şikayəti təmin olunmayıb./ölkə.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Arvadını öldürənin cəzası azaldıldı

    Arvadını öldürənin cəzası azaldıldı ...

    8-02-2016, 15:27

  • 
  • Daşkəsəndə arvadını və 20 günlük körpəsini öldürən şəxsə 20 il həbs cəzası verilib

    Daşkəsəndə arvadını və 20 günlük körpəsini ...

    12-06-2018, 11:52

  • 
  • Qardaşı arvadını döydü, sonra evini yandırdı - Qazaxda

    Qardaşı arvadını döydü, sonra evini yandırdı - ...

    16-08-2017, 13:00

  • 
  • Azərbaycanda kişi arvadını, sonra isə özünü güllələdi

    Azərbaycanda kişi arvadını, sonra isə özünü ...

    29-07-2015, 13:38

  • 
  • Sumqayıtda ər arvadını öldürüb

    Sumqayıtda ər arvadını öldürüb ...

    6-11-2015, 13:41


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (142)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu