GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Nazpəri Dostəliyevanın oğurlanan seyfi haqda dedikləri- qızıllar, dollar, avro, funt-sterlinq...

Nazpəri Dostəliyevanın oğurlanan seyfi haqda dedikləri- qızıllar, dollar, avro, funt-sterlinq...

Tarix: 16-07-2018, 14:11 Bölmə :Kirminal Baxış: 325
Nazpəri Dostəliyevanın oğurlanan seyfi haqda dedikləri- qızıllar, dollar, avro, funt-sterlinq...


Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə ittiham edilənlərin məhkəməsi davam etdirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən şəxslərin məhkəməsi hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilir.

Onlar 19 avqust 2017-ci il tarixində Nərimanov rayonunda Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

Cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub. Avqustun 28-də isə cinayətkar qruplaşmanın daha iki üzvü - Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Əliyev Cavid İslam oğlu, 1990-cı il təvəllüdlü Fərəcov Natiq Rafiq oğlu müəyyən ediliblər.

Musavat.com istintaq zamanı zərərçəkmiş kimi dindirilən Nazpəri Dostəliyevanın ifadəsini əldə edib.

Sonuncu məhkəmə prosesinə gəlməyən N.Dostəliyevanın istintaqda dediklərindən məlum olub ki, o təqsirləndirilən şəxsləri bağışlayıb.

Xalq artisti bildirib ki, bağ evinə gedib qayıtdıqdan sonra Nərimanovdakı mənzilindən oğurluq edildiyini bilib.
“Nərimanovdakı mənzilimdə tək yaşayıram. Övladlarım ayrı-ayrı evlərdə yaşayır. Sevda Hüseynova ev işlərimə kömək edir. Sevdanı 11 ildir tanıyıram. Mənzilin bir açarı da Sevdada olur. Sevda hər gün saat 10-da bizə gəlib 7-də gedir. Hər ay ona 500 manat əməkhaqqı verirəm. Yataq otağımda şkafın içində özümə məxsus qızıl-zinət və özəl əşyaları saxlayırdım. Seyfin açarı yalnız məndə olub. Hadisə vaxtı seyfin içində brilyant, digər qızıllar, pullar və evin sənədləri vardı. Mənim icazəm olmadan heç kim o seyfə əl vura bilməzdi. Həmçinin, hər gün istifadə etdiyim qızıllar isə yataq otağında şüşə şkafda idi. Sərxan Mirzəyev təxminən 2 ildir sürücümdür. Ona ayda 500 manat əməkhaqqı verirəm. Hadisə günü sürücüm Sərxan və Sevda ilə Novxanıdakı bağ evinə getdik. Axşamüstü Nərimanova qayıtdıq. Evə daxil olanda yataq otağının işığı yanılı idi. Sevdadan işığı niyə söndürmədiyini soruşdum. O isə evdən çıxanda işıqları söndürdüyünü dedi. Şüşə şkaf açıq idi. Baxdım ki, əşyalarım dağıdılıb. Qızıl və zinət əşyalarım götürülüb. Tez seyfə baxdım. Gördüm, şkafın içində olan seyfi yerində yoxdur. Otağın digər tərəfində olan şkafdan da brilyantlarım və digər qızıl-zinət əşyalarım götürülmüşdü”.

N.Dostəliyeva bildirib ki, dərhal sürücüsü DİN-in 102-i xidmətinə məlumat verib.

Zərərçəkmiş Nazpəri Dostəliyeva istintaqda sualları cavablandırarkən deyib ki, həmin günü Novxanıdakı bağ evlərinə gedəcəyini yalnız ailə üzvləri bilib. Sürücüsü və köməkçisi isə Novxanıya gedəcəyini sadəcə 1 gün qabaq biliblər.

Ümumilikdə 311 min manatlıq qızıl-zinət əşyasının, 15 min dollarının, 3 min avrosunun və 2 min funt-sterlinqinin oğurlandığını deyən xalq artisti dəymiş ziyanın ödənildiyini deyib.

“Qızılların bir qismi istintaq zamanı qaytarıldı. Daha sonra həbs edilənlərin valideynləri yerdə qalan qızıl və pulu ödədilər”- deyən N.Dostəliyev heç bir şikayət və tələbinin olmadığını qeyd edib.

Məhkəmənin baxış iclası iyulun 19-na təyin edilib.

Məlumata görə, dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.

Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.

Daha sonra A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R.Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb.

Məlumata görə, azadlığa buraxılan A.Həmidov taksi sürücüsü olub. A.Həmidov daha sonra azadlığa buraxılıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazpəri Dostəliyevanın evindən oğurluq edən şəxs polis idarəsində intihara cəhd edib

    Nazpəri Dostəliyevanın evindən oğurluq edən şəxs ...

    6-09-2017, 11:11

  • 
  • Nazpəri azadlığa buraxılan sürücü barədə: "Cinayəti ört-basdır edib"

    Nazpəri azadlığa buraxılan sürücü barədə: ...

    21-06-2018, 16:46

  • 
  • Nazpərinin evini soyan daha bir şəxs tutuldu

    Nazpərinin evini soyan daha bir şəxs tutuldu ...

    14-09-2017, 17:03

  • 
  • Xalq artistinin evindən oğurlanan qızılların və pulların GÖRÜNTÜLƏRİ - YENİLƏNİB - FOTO

    Xalq artistinin evindən oğurlanan qızılların və ...

    29-08-2017, 15:17

  • 
  • Nazpərinin seyfini oğurlayan 4 nəfər tutuldu

    Nazpərinin seyfini oğurlayan 4 nəfər tutuldu ...

    28-08-2017, 16:34


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu