Saxalində 31 yaşlı Azərbaycan vətəndaşına doqquz il həbs cəzası verilib.
Azərbaycanlıya qarşı 51 yaşlı Ermənistan vətəndaşına diqqətsizlikdən sağlamlığına ciddi zərər yetirmə maddəsi ilə cinayət işi başlamışdı.
Kişilər arasında münaqişəyə səbəb isə regionun mərkəzində yaşayan qadın olub.
Cəsəd Saxalinin Novotroitsk kəndinin Yantar Anivsk küçəsində 15 nömrəli binanın həyətində tapılıb.
Araşdırmalar zamanı məlum olub ki, zərərçəkmiş 22 ildir ki, Cənubi Saxalində yaşayır və iki uşağı var. Narkotiklərin qanunsuz ticarəti ilə məşğul olduğu üçün həbs cəzası alan və 2017-ci ildə azadlığa çıxan kişi həyat yoldaşının ona sadiq olmadığını öyrənib.
Bundan sonra qadın onunla əlaqəni kəsib. Ancaq əslən erməni olan kişi qadından əl çəkməyib və ona zənglər etməyə başlayıb.
Saxalin mətbuatının yaydığı məlumata görə, avqustun 15-də həmin şəxs sevgilisi ilə birlikdə Novotroitskda yaşayan qohumlarıgilə qonaq gedib.
Azərbaycanlı öz dostları ilə birlikdə həmin yerə gəlib və 51 yaşlı kişini döyüb. Ermənistan vətəndaşı aldığı xəsarətlərdən yerindəcə keçinib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?