Hazırda 54 Azərbaycan vətəndaşı Gürcüstanda həbs cəzası çəkir.
Gündəm Xəbər Gürcüstanın Cəzaların İcrası və Probasiya Nazirliyinə istinadən verdiyi xəbərə görə, onlardan 18 nəfər müttəhim, 36 nəfər isə məhkumdur.
Müttəhim Azərbaycan vətəndaşlarının 17-si kişi, biri qadın, məhkumlar arasında isə 34-ü kişi, ikisi qadındır.
Gürcüstanın cəzaçəkmə müəssisələrində ümumilikdə 365 xarici ölkə vətəndaşı cəza çəkir.
Gürcüstanda həbs cəzası çəkən xarici vətəndaşlar arasında Türkiyə vətəndaşları birinci yerdədir. Gürcüstanda cəzaçəkmə müəssisələrində 104 Türkiyə vətəndaşı var. İkinci yerdə Rusiya vətəndaşlarıdır (55 nəfər). Gürcüstanda həbs cəzası çəkən Ermənistan vətəndaşlarının sayı isə 28-dir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?