Naftalanda evdən 11 min manatdan artıq dəyəri olan qızıl əşyalar oğurlanıb.
DİN-dən Trend-ə verilən məlumata görə, Naftalan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-də rayon ərazisindəki evlərin birindən 3.500 manat, 200 ABŞ dolları və 120 lari, habelə 11.110 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Səbuhi Səmədov və Ruslan Əsgərov saxlanılıblar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?