İsraildə 2 israillini qətlə yetirib, digərini yaralayan şübhəlinin axtarışı davam edir.
GundemXeber.Az bildirir ki, təhlükəsizlik qüvvələri .übhəlinin 23 yaşlı Əşrəf Naalva olduğunu müəyyən edib.
O, yəhudi məskunlaşması və Fələstin arasındakı Barkan kəndinin inşaat sahəsində işçi kimi çalışırdı. İsrail onun silahlı və təhlükəli olduğu barədə xəbərdarlıq yayıb.
İsrailin baş naziri Benyamin Netanyahu hadisəni terror aksiyası adlandırıb.
Ordu sözçüsü isə deyib ki, atışmaya iş yerindəki mübahisənin səbəb olduğu da istisna edilmir.
Minlərlə yəhudi və fələstinli bölgədə yerləşən bir neçə fabrikdə yanaşı çalışır. İsrail bu bölgəni əməkdaşlıq və harmoniya nümunəsi adlandırır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?