GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Benyamin Netanyahu: “İsrail-Azərbaycan əlaqələri birgə yaşayışın bariz nümunəsidir”

Benyamin Netanyahu: “İsrail-Azərbaycan əlaqələri birgə yaşayışın bariz nümunəsidir”

Tarix: 14-12-2016, 23:15 Bölmə :Siyasət Baxış: 675
Benyamin Netanyahu: “İsrail-Azərbaycan əlaqələri birgə yaşayışın bariz nümunəsidir”

Bunu İsrail baş naziri Benyamin Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.
B.Netanyahunun fikrincə, iki ölkə arasında sıx əlaqələr təkcə silah ticarəti anlamına gəlməməlidir, bu, həmçinin qarşılıqlı hörmət deməkdir.
“İsrail yəhudi, Azərbaycan isə müsəlman dövlətidir. Burada biz həm müsəlmanların, həm də yəhudilərin birgə çalışmasını, hər iki ölkə üçün yaxşı gələcək vəd edəcəyini görürük”, - deyə İsrail hökumət başçısı bildirib.
B.Netanyahu həmçinin iki ölkələri arasında enerji sektoru, kənd təsərrüfatı, təhsil və informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişlənməsini vurğulayıb.

Benyamin Netanyahu: “İsrail-Azərbaycan əlaqələri birgə yaşayışın bariz nümunəsidir”

Dekabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə birgə işçi naharı olub.
Sonra Prezident İlham Əliyev və Baş nazir Benyamin Netanyahu 1997-ci ilin avqustunda Bakıya səfəri zamanı Baş nazir Benyamin Netanyahunun ulu öndər Heydər Əliyev ilə görüşdüyü Şəfəq iqamətgahına gəldilər.
Prezident İlham Əliyev və Baş nazir Benyamin Netanyahu burada xatirə şəkli çəkdirdilər.
İsrail baş naziri Benyamin Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşün mətbuata açıq hissəsində mehribancasına qəbula görə dövlət başçısına təşəkkür edib.

Benyamin Netanyahu: “İsrail-Azərbaycan əlaqələri birgə yaşayışın bariz nümunəsidir”

İsrail KİV-ləri xəbər verir ki, Azərbaycan prezidenti ilə söhbətində Netanyahu son illər Bakıda gedən dəyişikliklərdən təəcübləndiyini gizlətməyib. “Sizin ölkənizdə hər şey necə də dəyişib! Mən bunu təyyarəmiz Bakıya enəndə gördüm”-Netanyahu deyib.
İsrail baş naziri iki ölkə arasında isti münasibətlərin mövcud olduğunu bildirib. O, israillilərlə azərbaycan arasında xeyirxah münasibətlər haqda danışaraq deyib ki, Azərbaycanda böyük yəhudi icması yaşayır. Habelə minlərlə adam Azərbaycandan İsrailə köçüb.
İlham Əliyev isə deyib ki, Azərbaycanda böyük yəhudi icması yaşayır, onlar cəmiyyətin mühüm tərkib hissəsidir. “Bu, bizim ölkələrimiz arasında münasibətlərin inkişafının əsasını təşkil edir. Bu gün Siz Azərbaycandakı yəhudi icmasının nümayəndələri ilə görüşdünüz”-prezident əlavə edib.
Netanyahu öz növbəsində qeyd edib ki, Azərbaycanla İsrail arasında münasibətlər bütün sferalarda inkişaf edir, xüsusən də yüksək texnologiyalar və energetika sahəsində.
Azərbaycan prezidenti İlham Əliyevin İsrail baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü başa çatdıqdan sonra Azərbaycan-İsrail sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında” sazişi Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıblar.
“Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında” Sazişi Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıblar.
“Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanı Azərbaycanın vergilər naziri Fazil Məmmədov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıblar.
“Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında Birgə Komissiyasının yaradılması haqqında” Anlaşma Memorandumunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıblar.
Azərbaycan Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə dünən təkbətək görüşü olub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu qarşıladılar.
Azərbaycan Prezidenti İlham Əliyev və İsrailin Baş naziri Benyamin Netanyahu birgə foto çəkdirdilər.
Görüşdə ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dünən İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivin Ben-Qurion hava limanından Azərbaycana və Qazaxıstana səfərə yola düşüb.
İsrail KİV-ləri xəbər verir ki, Netanyahunu səfərdə xanımı və çoxsaylı nümayəndə heyəti müşaiyət edir. İsrail kəşfiyyatına yaxın “Debka” saytı xəbər verir ki, Netanyahu Bakıda prezident İlham Əliyevlə danışıqlar aparacaq, təxminən 7 saat sonra Qazaxıstana yola düşəcək. “Netanyahunun hər iki paytaxtda danışıqları ölkələr arasında ticarət razılaşmaların, o cümlədən hərbi sənaye, təhlükəsizlik və kəşfiyyat sahəsində razılaşmaları əhatə edəcək”-sayt bildirir.
Netanyahu özü aerportda jurnalistlərə açıqlamasında deyib ki, onun Azərbaycana və Qazaxıstana səfəri İsrailin beynəlxalq aləmdən təcrid olunmadığının sübutudur. Çünki İsrailin beynəlxalq əlaqələri genişlənir, o cümlədən müsəlman dövlətləri ilə yeni əlaqələr qurur.
“Azərbaycan və Qazaxıstan İsraillə əlaqələrini genişləndirmək istəyir. Bu, bizim Asiya nəhəngləri, Afrika və Latın Amerikası ölkələri ilə əlaqələrimizin möhkəmləndirilməsinin ardınca baş verir”-Netanyahu bildirib. Baş nazir Azərbaycanı və Qazaxıstanı “müsəlman dünyasının iki mühüm ölkəsi” adlandırıb.
Netanyahu Bakıda ilk dəfə 90-cı illərin əvvəllərində olduğunu və prezident Heydər Əliyevlə görüşdüyünü xatırladıb. Bildirib ki, indiki səfər iki ölkə münasibətlərində “mühüm dönüş olacaq”.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev: "Yəhudi icması Azərbaycanın inkişafına çox böyük töhfələr verir"

    Prezident İlham Əliyev: "Yəhudi icması ...

    13-12-2016, 20:55

  • 
  • İsrail Avropaya meydan oxudu

    İsrail Avropaya meydan oxudu ...

    2-02-2014, 21:55

  • 
  • İsrail fələstinlilərə azadlıq verir

    İsrail fələstinlilərə azadlıq verir ...

    29-07-2013, 01:29

  • 
  • İsraildən molla rejiminə daha bir hədə

    İsraildən molla rejiminə daha bir hədə ...

    4-02-2013, 10:19

  • 
  • Baş nazirin oğlu güllə ilə vuruldu

    Baş nazirin oğlu güllə ilə vuruldu ...

    30-12-2014, 22:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu