Cəlilabad rayonunda fəhlə tikinti sahəsində uçulan divarın altında qalıb ölüb. Hadisə rayonun Şıxlar kəndi ərazisində baş verib.
Rayonun Komanlı kənd sakinləri, 1988-ci il təvəllüdlü İsmayılov Emin Cəbrayıl oğlu 1995-ci il təvəllüdlü Əbilov Ruslan Xosrov oğlu ilə birlikdə Şıxlar kəndində Quliyeva Sevil Mansur qızına məxsus həyətyanı sahədə yarımçıq tikilini sökərkən divar onların üzərinə aşıb.
Hər iki yaralı xəstəxanaya yerləşdirilsə də, E.İsmayılov xəstəxanada ölüb.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır./Trend
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?