Birlikdə spirtli içki içdiyi şəxsi öldürən şəxs hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla adam öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Abbasov Xəyal Xudaverdi oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən Xəyal Abbasov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Mərhumun atası yaş mərasiminə çəkdiyi xərcin ödənilməsini də istəyib. Xəyalın anası isə buna etiraz edib: "9 ildir oğlun küçələrdədir. İndi ölünü pula satırsan".
İttihamda yazılır ki, Xəyal Abbasov birlikdə birlikdə xeyli miqdarda spirtli içki qəbul etdiyi 43 yaşlı Emin Nuriyevi öldürüb.
Emin Nuriyev bir uşaq atasıdır və ailəsi ilə birlikdə Sumqayıtda yaşayıb. Hadisə də Sumqayıtda baş verib.
31 yaşlı Xəyal Emin Nuriyevlə birlikdə Sumqayıtda parkda 1 litr araq içiblər, bəs olmayıb, daha sonra aptekdən aldıqları 0,5 litr etil spirtini də içiblər.
Hər ikisi sərxoş vəziyyətdə olub. Mübahisə edəndə onların yanına Post Patrul Xidmətinin əməkdaşları gəlib. Onlara ictimai asayişi pozduqlarına görə xəbərdarlıq edib. Xəyal polisə deyib ki, Emin sakitləşdikdən sonra oradan uzaqlaşacaqlar.
Polis əməkdaşları getdikdən sonra Xəyal Eminin yaxasından tutub sürüyərək yolun əks tərəfinə gətirib.
İttihamda göstərilir ki, Emin Xəyalı söyüb. Xəyal yemək yeyərkən istifadə etdikləri mətbəx bıçağı ilə Eminə 8 bıçaq zərbəsi endirib. Emin aldığı zərbələrdən hadisə yerində ölüb.
Xəyal Abbasova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Elan olunmuş ittihamla Xəyal Abbasov özünü qismən təqsirli bildiyini deyib. İfadə verməkdən imtina edən X.Abbasov peşman olduğunu da qeyd edib.
O, əlavə edib ki, Emin əvvəlcə onun özünə, daha sonra isə anasına söyüb və buna görə də onu öldürüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?