Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaynını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Təhmasib Fərəcovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
gundemxeber.az APA-ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, T. Fərəcov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu ilin yanvarında Naxçıvan şəhər sakini T. Fərəcov Bakıda kirayədə yaşadığı evdə münaqişə zəminində qaynı - Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Cəfərovu öldürüb. T. Fərəcov ı qaynını söyüş söydüyünə görə vurduğunu deyib. Hadisə vaxtı R. Cəfərovun bacısı da evdə olub.
O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?