Oktyabrın 22-də Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 7 ünvanında yerləşən 175 saylı tam orta məktəbin zirzəmisindən 352 ədəd müxtəlif növ təlim məqsədli partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) məlumat yayıb.
Agentlik bildirir ki, partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 400 kvadrat metr əraziyə dəyerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Hərbi sursatın məkətbin zirzəmisində hansı məqsədlə saxlanılması və nə vaxtdan orada olması barədə məlumat verilmir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?