Rüşvət almaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində deputatlığa və hakimliyə namizədlərdən rüşvət almaqda təqsirləndirilən Elnur Babayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Məhkəmənin hazırlıq iclası noyabrın 6-da hakim Eldar Mikayılovun sədrliyi ilə keçiriləcək.
E.Babayevə qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdara rüşvət almaqda) maddəsi ilə ittiham irəli sürülüb.
Akif Şəmiddin oğlu Rəhimov və Elvar Mirzələkbər oğlu Xəlilov zərərçəkən şəxslərdir.
Zərərçəkmiş A.Rəhimov 2015-ci ildə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd olub.
Digər zərərçəkmiş E.Xəlilov isə hüquqşünasdır. O, 2009-cu ildə hakimiliyə namizədlərdən olub./musavat.com
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?