Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Hazırlıq iclası noyabrın 28-də davam edəcək.
Qeyd edək ki, G.Hüseynov dələduzluqda, rüşvət vermə və iştirakçılığın növlərində təqsirli bilinir. İttihama görə, Gündüz Hüseynov öz içilərinə qarşı dələduzluq edib. O, 200 min manatdan artıq pulu dələduzluq yolu ilə ələ keçirib.
G.Hüseynovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) maddələri ilə ittiham irəli sürülüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?