Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində müəyyən edilməmiş avtomobillə rayon sakini vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 1-də saat 20:00 radələrində Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində müəyyən edilməmiş avtomobillə Kür qəsəbə sakini Zahir Səfərov vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Sorğu
Yeni dizaynımız necədir?