Kürəkənini gecə yatdığı yerdə yandıraraq sağlamlığına ağır zərər vurmaqda təqsirləndirilən Kəmalə Əsədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
K. Əsdova barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi məhkəmənin hakimi Cavid Hüseynovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.
Qeyd edək ki, hadisə bu il baş verib. K.Əsəsdova kürəkəni bu ilin əvvəlində gecə saatlarında kürəkəni Qarayev Tərlan Ağalə oğlunun kirayə qaldığı evə gələrək, yatdığı yerdə onu "kislota" ilə yandırıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
K.Əsədova barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsədn sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. /open.az
Sorğu
Yeni dizaynımız necədir?