Anasını döyə-döyə öldürməkdə təqsirli bilinən Cəmil İslamovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
C. İslamovun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib. Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, hadisə bu il fevralın 25-də Qaradağ rayonunun Ələt qəsəbəsində baş verib. Qəsəbədə yaşayan 34 yaşlı Cəmil İslamov münaqişə zəminində anası, 1944-cü il təvəllüdlü Zərnişan Allahverən qızını döyüb. Belə ki, oğul əvvəlcə anasının başına taxta parçası ilə bir neçə dəfə zərbə endirib, ardınca isə qadını boğub. Zərərçəkmiş digər oğlunun köməkliyi ilə xəstəxanaya aparılıb, ancaq qadının xəsarətləri ağır olduğundan fevralın 26-da dünyasını dəyişib.
Cəmil İslamova Cinayət Məcəlləsinin 120.2.2-ci ( xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib. Məlum olub ki, içkili vəziyyətdə olan Cəmil yenidən içki içmək üçün anasından pul istəyib. Ancaq anası onda pul olmadığını deyəndə oğul taxta parçası ilə yaşlı qadını döyməyə başlayıb./AzNews.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?