Ötən gün ATV telekanlında yayımlanan “Bizimləsən” verilişinə müraciət edən qadın ekspertlərin tənqidinə tuş gəlib.
Gundemxeber.az A24.az-a istinadən xəbər verir ki, Şəfəq adlı əkiz uşaq anası proqramdan övladlarının müalicə alması üçün yardım istəyib. Həyat hekayəsini danışan qadının dedikləri ekspertləri hiddətləndirib. Məlum olub ki, qadın evli olduğu halda başqa bir kişiyə qoşulub qaçıb və ondan əkiz uşaq dünyaya gətirib. O, əri ilə iki il ayrı yaşadıqlarını və boşanmaq istədiyini bildirib. Daha sonra isə sosial şəbəkədə tanış olduğu oğlanla qaçdığını, lakin onun valideynlərinin bu münasibətə razılıq vermədiklərini söyləyib. Şəfəq sığınacaqda yaşadığını, sevdiyi insanın da onu və uşaqları qəbul etmədiyini qeyd edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?