Bərdə rayonunda yetkinlik yaşına çatmayanın qaçırılması ilə bağlı cinayət işi başlanıb.
Bərdə rayon prokurorluğundan verilən məlumata görə, dekabrın 12-də polis şöbəsinə Şorəlli kənd sakini, 2003-cü il təvəllüdlü Natavan Süleymanovanın (ad, soyad şərtidir) qaçırılması barədə məlumat daxil olub.
Rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Natavan Süleymanovanın Bərdə şəhər sakini, 1999-cu il təvəllüdlü Habil İsmayılov tərəfindən oğurlanmasında əsaslı şübhələr olduğundan sonuncu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?