Nadir beyin xəstəliyi olan iki yaşlı Abdulla Həsənin anasının oğlu ilə vidalaşmaq üçün San-Fransiskoya bu gün gələcəyi gözlənilir.
Dövlət Departamenti Trampın Amerikaya səyahət qadağasına baxmayaraq, Şeyma Sülehaya ölüm ayağında olan oğlu ilə görüşməsi üçün ölkəyə gəlməsinə icazə verib.
Uşağın atası Əli Həssən də Amerika vətəndaşıdır və hazırda Kaliforniyada oğlunun yanındadır. “Ananın son arzusu oğlunu görmək, onu qucaqlayıb öpməkdir” - deyə, uşağın atası bildirir.
Uşağın anasına viza “Amerika İslam Əlaqələri Şurası” vəkillərinin Dövlət Departamentinə müraciətindən sonra verilib.
ABŞ prezidenti Donald Trampın səyahət qadağası Yəmən və digər altı müsəlman ölkəsi vətəndaşlarının Birləşmiş Ştatlara terrorizm təhdidinə əsaslanaraq məhdudlaşdırılıb.
Sorğu
Yeni dizaynımız necədir?