ABŞ-n Hawaii ştatındakı federal hakim prezident Donald Trump-ın səyahət məhdudiyyətlərinin təxirə salınması barədə qərarı qeyri-müəyyən müddətə uzadıb.
Bu deməkdir ki, əsasən müsəlman ölkələrinə aid viza qadağaları ilə bağlı məhkəmə müzakirələri davam edərkən səyahət məhdudiyyətləri tətbiq oluna bilməz.
Hawaii məhkəməsinin qərarında deyilir ki, səyahət qadağası turizmə, həmçinin, işçi qüvvəsi və tələbələrin cəlb edilməsinə maneə törədir. Prezident Donald Trump bildirir ki, yenidən təklif edilən viza məhdudiyyətlərinin məqsədi terrorçuların ölkəyə girişinin qarşısını almaqdır. Prezidentin əleyhdarlarına görə, qərar diskriminasiyaya zəmin yaradır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?