1988-2002-ci illər arasında Çində 11 qız uşağını və qadını öldürməkdə ittiham olunan qatil Geo Kenqyonq edam olunub.
Gundemxeber.az xəbər verir ki, “Qarındeşən Cak” ləqəbli Geo hədəfi olan qurbanlarını evinə qədər təqib edib, daha sonra təcavüz edərək onları öldürüb.
Evli və iki uşaq atası olan Geo iki il əvvəl Cansu bölgəsində işlətdiyi mağazada həbs edilib.
Çin polisi 53 yaşlı qatilin izinə DNT testi ilə düşə bilib. Geo ilk cinayətini oğlunun dünyaya gəldiyi 1988-ci ildə həyata keçirib. Baiyn bölgəsində 23 yaşlı qadının cəsədi tapılıb və ona 26 bıçaq zərbəsi endirilibmiş.
Sonrakı cinayətlər də eyni dəst-xətlə törədilib. Qatil əsasən tək yaşayan qadınları hədəfə alıb.
Çin mediası qeyd edib ki, qatil adətən qurbanlarını öldürdükdən sonra onların cinsiyyət orqanını kəsirmiş. Onun qurbanlarından biri 8 yaşlı qız uşağı olub.
Ancaq cinayət halları 2002-ci ildə qəfildən dayanıb.
İllər sonra Geonun əmisi kiçik cinayət hadisəsinə görə həbs edilir. Bu həbs Geonun ələ keçməsinə şərait yaradır.
Belə ki, polis qatilin əmisinin verdiyi DNT analizinin nəticələrini digər cinayət hadisələri ilə əlaqəsini araşdırıb və bəlli olub ki, qadın cinayətlərini saxlanılan şəxsin qohumu törədib. Sonradan bu şəxsin Geo olduğu ortaya çıxıb. Qatil ötən il həbsxanaya göndərilib.
Onun edam edilməsi haqqında informasiya sosial şəbəkədə açıqlanıb.
Edam prosesinin necə həyata keçirildiyi bilinməsə də, Çində ölüm cəzası alan şəxslər əsasən zəhərli iynə və ya güllə ilə öldürülür.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?