Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlham Xıdırov və Nazim Mustafayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə İ.Xıdırovun 9 il 6 ay və N.Mustafayev isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror çıxışında İ.Xıdırovun 10 il, N.Mustafayevin isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttiham aktına əsasən, İ.Xıdırov dələduzluq əməllərini N.Mustafayev vasitəsilə törədib. Onlar İrandan və Rusiyadan kompressor avadanlıqları gətirib, satmaq adı ilə bir neçə şəxsdən külli miqdarda pul alaraq onlara qazanc verəcəklərini vəd edib, lakin həmin şəxsləri aldadıblar.
Digər təqsirləndirilən N.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilməmişdi.
Zərərçəkmişlərdən biri Elxan Muradlıdır. Onun qardaşı Etibar Muradov Nəsimi Rayon İcra Hakimiyyətinin 8 saylı Xəzinədarlıq İdarəsinin müdiridir.
E.Muradlı biznes qurmaq üçün 610 min manat pulu İ.Xıdırova verib və ala bilməyib. İ.Xıdırov qardaşı oğlu Elxan Xıdırovdan 50 min dollar alıb.
Həmin şəxslər zərərçəkmiş Gülnaz Abdullayevadan 21 dollar, Tamilla Əliyevadan 28 min dollar almaqla dələdzuluq ediblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?