Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İbtiqam İsmayıloğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. İttiham aktına əsasən, İ.İsmayıloğlu Bakı şəhər sakini Svetlana Əhmədovanın 70 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Belə ki, o, qadına mənzil tikəcəyi vədi verərək onu aldadıb. Lakin sonradan İ.İsmayıloğlu verdiyi vədə əməl etməyib. S.Əhmədovanın şikayəti əsasında saxlanılan İ.İsmayıloğlu barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Məhkəmə istintaqı başa çatandan sonra İ.İsmayıloğlu son söz demək üçün iclasına gəlməyib. Məhkəmə onun barəsində axtarış elan edib və o, polis əməkdaşları tərəfindən həbs olunub, Bakı İstintaq Təcridxanasına köçürülüb. İstintaq dövründə İ.İsmayıloğlu dəymiş zərərdən 20 min manatı geri qaytarıb./report
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?