Şəmkirdə güllələnən şəxsin nadzor olduğu məlum olub.
GundemXeber.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Bayramlı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədli Kəramət Şükür oğlu yaşadığı evdə alın nahiyəsindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilib. Onu öldürən şəxsin kimliyi hələ ki, məlum deyil.
Məlumata görə K. Məmmədli Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında nəzarətçi işləyir. Ailəsindən boşanan Məmmədli evdə tək yaşayırmış.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
Qeyd edək ki, hadisə haqda ilk olaraq BAKU.WS bölgə müxbirinə əsasən məlumat vermişdi. Əvvəlcə Kəramət Məmmədlinin intihar etdiyi ehtimal edilirdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?