Türkiyə İraqın yarı-muxtar Kürdüstan regionundakı kürd yaraqlılarının hədəflərinə havadan zərbələr endirib. Əməliyyat türk diplomatı da daxil edilməklə, 3 nəfərin öldürülməsindən sonra həyata keçirilib.
Hücumun məsuliyyətini hələlik öz üzərinə götürən olmayıb. Türkiyənin müdafiə naziri Hulusi Akar deyib ki, cümə axşamı günü qırıcı təyyarələr Kəndil dağlarında PKK-nın bazasını hədəf alıb. Hava zərbələrinin cümə günü də İraqın Karacak bölgəsində davam etdirildiyi bildirilib. Öldürülən diplomatın Osman Köşe olduğu müəyyən edilib.
Kürd təhlükəsizlik qüvvələri naməlum şəxslərin Türkiyə diplomatlarının nahar etdiyi zaman restoranda atəş açdığını bildirib.
Türkiyə müdafiə naziri Hulusi Akar, (sağdan ikinci), ana müxalifət Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu və ordu komandirləri İraqda qətlə yetirilmiş 38 yaşlı diplomat Osman Kosenin dəfn mərasiində. Türkiyə müdafiə naziri Hulusi Akar, (sağdan ikinci), ana müxalifət Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu və ordu komandirləri İraqda qətlə yetirilmiş 38 yaşlı diplomat Osman Kosenin dəfn mərasiində. Təhlükəsizlik qüvvələri və şahidlərdən birinin verdiyi məlumata görə, hücumçulardan biri restorana daxil olaraq, atəş açmağa başlayıb və sonra avtomobilə oturaraq, hadisə yerindən qaçıb.
Kürd rəsmilərinin bildirdiyinə görə, təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alaraq, hücumçuların axtarışına başlayıb.
Hücumun məsuliyyətini hələlik öz üzərinə götürən olmayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?