Türkiyə hərbi təyyarələri cümə günü Suriyanın Afrin regionunda kürd YPG qruplaşmasının hədəflərinə zərbələr endirib. “Reuters” agentliyi bunu cümə günü Türkiyə ordusuna istinadla yazır. Hücumlarda yeddi yaraqlının və iki dinc sakinin öldürüldüyü bildirilir.
Ötən həftə sonu Suriyada Rusiya hərbi təyyarəsi v urulandan Türkiyənin hava hücumlarında fasilə yaranmışdı. Ötən gecəki zərbələr sükutu pozub.
19 HƏDƏF DAĞIDILIB
Hava zərbələri nəticəsində silah-sursat depoları, sığınacaqlar və silah mövqeləri daxil olmaqla, 19 hədəfin dağıdıldığı bildirilir. Ordu bəyanatda reydlərin nə vaxt keçirildiyini açıqlamayıb. Anadolu dövlət xəbər agentliyi reydlərin ötən gecə başlandığını xəbərləyib.
Böyük Britaniyada mənzillənən, Suriyadakı müharibənin monitorinqini aparan Suriya İnsan Haqları Qrupunun məlumatına görə, hava zərbələrində yeddi YPG yaraqlısı və iki dinc sakin həlak olub.
“Hurriyet” qəzetinin yazmasına görə, Türkiyə hava zərbələrini Rusiyaya görə dayandırmışdı, çünki Rusiya havadan müdafiə sisteminin üzərində işləyirdi. Təyyarə fevralın 3-də İdlib vilayətində suriyalı üsyançılar tərəfindən vurulub.
Ankara yanvarın 20-də Afrinə hava və quru hücumuna başlayıb, bunu YPG qruplaşmasına hücum adlandırıb. Türkiyə YPG-ni terror qruplaşması və PKK-nın bir qanadı sayır. PKK otuz ildir Türkiyədə muxtariyyət mübarizəsi aparır.
Türkiyə prezidenti Recep Tayyip Erdogan fevralın 8-də rusiyalı həmkarı Vladimir Putin-lə telefonla danışıb. Onlar Suriyada hərbi və təhlükəsizlik koordinasiyasını gcləndirməyə razılaşıblar.
Ankaranı qəzəbləndirən Birləşmiş Ştatların kürd qüvvələrə dəstəkləməsidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?