Qardaşını öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Qardaşlar arasındakı davaya səbəb mülk mübahisəsi olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətlə törətməkdə təqsirləndirilən 1972-ci il təvüllüdlü Hüseynbala Şamilovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Fikrət Qəribovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Qətl hadisəsi bu il martın 31-də Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib.
Hüseynbala və Hacı Kamran Şamilov qardaşları arasında torpaq bölgüsü üstündə münaqişə yaşanıb. Hüseynbala Şamilov münaqişə zəminində qardaşını ov tüfəngi ilə güllələyib. K. Şamilov aldığı yaradan ölüb.
Bildirilir ki, Hacı Kamran Şamilov Bakı məscidlərindən birinin axundu olub. //musavat.com
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?